Barter əməliyyatlarının əvəzləşdirilməsi

2019-04-28 | Vergilər | 2681

Vergi Məcəlləsinin 161.2-ci maddəsinə görə, vergi ödəyicisi vergi tutulan əməliyyatın əvəzində mal, iş və ya xidmət alırsa, yaxud almağa hüququ varsa, bu malların, işlərin və ya xidmətlərin ƏDV nəzərə alınmadan bazar dəyəri (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) vergi tutulan əməliyyatın dəyərinə daxil edilir.

Sərbəst auditor Altay Cəfərov bildirib ki, bu maddə mahiyyət etibarilə barter əməliyyatları üçün nəzərdə tutulub.Yəni iqtisadi subyektlər bir il ərzində təqdim etdiyi malları, işləri və xidmətləri borc əvəzi əvəzləşdirir. Belə əməliyyatlarda ƏDV-nin hesablanması Vergi Məcəlləsinin 161.1.-ci maddəsinə uyğun olaraq, vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisindən başqa, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Burada maraqlı məqam budur ki, əvəzləşmədə malların, işlərin və xidmətlərin bazar dəyəri əsas götürülür.

Misal:

Tutaq ki, "AA" MMC-nin anbarında maya dəyəri 800 manat olan mallar vardır və bu malları EQH, e-VHF ( 1.000+180 (18% ƏDV) ilə "VV" MMC-yə satıb. Razılaşmaya əsasən, "VV" MMC vəsait ödəməyəcək və "AA" MMC üçün işlər görəcəkdir. İlkin olaraq belə başa düşülür ki, vergiyə cəlb olunan əməliyyatın dəyəri 1.000 manatdır. Amma, əslində, tam belə deyildir. Burada vergi orqanları tərəfindən "VV" MMC-nin təqdim etdiyi işlərin dəyəri araşdırılmalıdır. "VV" MMC həmin işlərin təqdim edilməsində tam ixtisaslaşmadığına və faktiki pul vəsaiti olmadığına, eləcə də "AA" MMC-dən aldığı mallar onun digər fəaliyyətində çox vacib olduğuna görə, işləri xeyli aşağı qiymətə barterlə verib. Normal halda həmin işlərin bazar dəyərini 2.000 manat (ƏDV-siz) qəbul etsək, onda vergiyə cəlb edilən əməliyyatın dəyəri 1.000 manat yox, 2.000 manat olacaqdır.

Odur ki, belə məsələlərdə vergi ödəyiciləri çox diqqətli olmalıdırlar.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/1968.html

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!