Vergi cinayətləri nə zaman, necə və kimlər tərəfindən törədilir?

2014-10-09 | Vergilər | 2498

Təcrübə göstərir ki, bazar münasibətlərinin formalaşması və sürətli inkişaf müasir Azərbaycanda müsbət amillərlə yanaşı, həm də çətin, ziddiyyətli və mürəkkəb proseslərin yaranmasına təkan verir. Belə ki, ölkəmiz müstəqillik qazandıqdan sonra bazar münasibətlərinin inkişafının ilk illərindən etibarən dövlət çoxsaylı vergiödəyicilərin vergi ödəməkdən yayınması halları ilə qarşılaşır. Şübhəsiz ki, bu hal büdcənin gəlir hissəsindən əhəmiyyətli dərəcədə itkilərin müşahidə olunması ilə nəticələnir. Bununla əlaqədar hüquq-mühafizə orqanlarının qarşısında vergidən yayınanlarla mübarizə kimi məsul bir vəzifə durur. Çünki statistika göstərir ki, vergi cinayətləri ilbəil artır.

Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi İsrafil Əlili vergi cinayətləri, onların istintaqı, bu cür cinayətlərin törədilməsinə şərait yaradan amillər, vergi cinayətlərinin subyektləri və s. barədə qısa məlumat verib.

Hüquqşünas qeyd edib: "Ölkəmizin vergi sistemində cinayətlərin ibtidai araşdırılmasını və əməliyyat-axtarış tədbirlərini həyata keçirən struktur kimi Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti fəaliyyət göstərir. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti vergi ödəməkdən yayınma və vergi orqanlarının səlahiyyətlərinə aid edilmiş digər cinayətlər üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlama aparır, təhqiqat və istintaq aparır, əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, daha sonra vergi ödəməkdən yayınma və vergi orqanlarının səlahiyyətlərinə aid edilmiş digər cinayətlərə qarşı mübarizə sahəsində vergi orqanlarının hüquq-mühafizə orqanları ilə, o cümlədən, xarici dövlətlərin hüquq-mühafizə qurumları ilə işgüzar münasibətlər yaradır və zəruri hallarda xidməti vəzifələrinin icrası zamanı vergi orqanlarının əməkdaşlarının şəxsi təhlükəsizliyini təmin etmək üçün müəyyən edilmiş qaydada tədbirlər görür".

Hüquqşünas bildirib ki, yuxarıda qeyd olunan vəzifələrin həyata keçirilməsi üçün Departamentə Azərbaycan Respublikası CM-nin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq) və 213-cü (Vergi ödəməkdən yayınma) və 213.1-ci (Aksiz vergisini ödəməkdən yayınma) maddələri üzrə cinayət işlərinin təhqiqatı və istintaqı başlanması, habelə Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" 28.09.2002-ci il tarixli Fərmanı ilə CM-nin 192,193, və 213-cü maddələri ilə cinayət işləri başlandıqda bu cinayətlərin ibtidai istintaqı zamanı həmin məcəllənin daha 26 maddəsində nəzərdə tutulan cinayətlər üzrə, o cümlədən, 178-ci (Dələduzluq), 179-cu (Mənimsəmə və ya israf etmə), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309-cu (Vəzifə səlahiyyətini aşma), 311-ci (Rüşvət alma), 312-ci (Rüşvət vermə), 313-cü (Vəzifə saxtakarlığı), 314-cü (Səhlənkarlıq) və iqtisadi fəaliyyət sahəsində törədilən cinayətlərlə bağlı digər maddələr üzrə ibtidai istintaqın aparılması səlahiyyəti də Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə verilib:

"Əgər vergi cinayətlərini kriminalistik baxımdan nəzərdən keçirsək, demək olar ki, onların əsasında vergi orqanlarının simasında dövlət və vergiödəyicilər arasında olan konflikt dayanır. Vergi cinayətlərinin yaranması səbəbləri nəinki digər sahələr üzrə olan cinayətlərdən, həmçinin iqtisadi sahədə olan cinayətlərdən də öz spesifik cəhətləri ilə fərqlənir. Bu cinayətlərin törədilməsinə əsas təkan verəcək səbəblər kimi aşağıdakıları qeyd etmək olar:

- Ölkənin iqtisadi həyatında baş verən köklü dəyişikliklərin doğurduğu iqtisadi səbəblər (məsələn, istehsalın aşağı düşməsi və ya kapitalın xaricə daşınması);

- Vergi qanunvericiliyinin yetkin olmaması, onda olan qeyri-stabillikdən yaranan hüquqi səbəblər;

- Vətəndaşların əksəriyyəti üçün səciyyəvi olan vergi sisteminə mənfi münasibətdən doğan psixoloji səbəblər".

Onun sözlərinə görə, vergi cinayətlərini törədə biləcək şəxslərin dairəsi kifayət qədər geniş aparıla bilər: "Bir çox hallarda bu kateqoriya cinayətlər qabaqcadan əlbir olan şəxslər tərəfindən törədilə bilir. Eyni zamanda, bir faktoru da nəzərə almaq lazımdır ki, təcrübədə bu cinayəti törədən elə şəxslərə rast gəlinir ki, onlar bu cinayəti bilməyərəkdən törədirlər. Konkret desək, onlar bu cinayətin əsl icraçısının tapşırıqlarını yerinə yetirərək cinayət törətdiklərinin fərqində olmurlar. Ona görə də cinayətin törədilməsinə birbaşa aidiyyəti ola biləcək şəxslərin dairəsinin müəyyən edilməsi bu tip cinayətlərin istintaqı üçün böyük əhəmiyyətə malikdir. Bu, müstəntiqi böyük həcmli lazımsız işlərin yerinə yetirilməsindən azad edir. İstintaq və məhkəmə təcrübəsi, eyni zamanda, elmi tədqiqatlar göstərir ki, vergi cinayətlərini törədənlərin böyük əksəriyyəti kişilərdir. Bu kateqoriyadan olan işlər üzrə cinayətlərin törədilməsində təqsirkar olan 20 yaşından aşağı olan şəxslərə isə ümumiyyətlə rast gəlinmir. Statistikaya əsasən, vergi cinayəti törədənlərin böyük əksəriyyəti ali təhsilli, hətta alimlik dərəcəsi olan insanlardır".

Sonda hüquq məsləhətçisi əlavə edib ki, vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma əməli başlıca olaraq iki qrup üsulla törədilə bilər: 1) vergilərin və məcburi dövlət sosial sığorta haqlarının ödəyicisi tərəfindən saxta mühasibat və vergi sənədlərinin tərtib edilməsi, həmin sənədlərə yanlış məlumatların daxil edilməsi, əmlakın, gəlirlərin və ümumiyyətlə, vergitutma obyektinin gizlədilməsi, işçilərin sayının düzgün göstərilməməsi, işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməməsi, onların real əmək haqlarının gizlədilməsi və s. üsullarla; 2) mühasibat və vergi sənədlərində hər şeyin qaydasında olmasına baxmayaraq, vergilərin və məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi:

"Vergiləri ödəməkdən yayınma fiziki şəxslər tərəfindən daha çox qanunvericilikdə nəzərdə tutulmuş hallarda gəlirlər haqqında bəyannamə təqdim etməməklə, gəlirlərin həcmini azaltmaqla və ya xərclərin həcmini artırmaqla, əmlakı uçotdan gizlətməklə, öz fəaliyyəti və əlavə gəlir mənbələri haqqında məlumatları təhrif etməklə, bəyannamə verməyə borclu olan şəxs olduğunu gizlətməklə, vergi güzəştləri əldə etmək üçün saxta sənədlər təqdim etməklə və digər üsullarla, hüquqi şəxslər tərəfindən isə mühasibat və vergi sənədlərinə gəlirlərin azaldlmasına, xərclərin artırılmasına və ya vergi tutulması üçün əhəmiyyət kəsb edən digər faktların qəsdən saxtalaşdırılmasına yönəlmiş həqiqətəuyğun gəlməyən, yalan məlumatların daxil edilməsi, əmlakın gizlədilməsi, təşkilatın həyata keçirdiyi kommersiya və ya başqa təsərrüfat-maliyyə əməliyyatlarının qeydiyyata alınmaması və s. üsullarla törədilə bilər".

Mənbə: www.trend.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!