Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandıqda əmlak vergisi necə hesablanır?

2019-05-30 | Vergilər | 3065

Vergi Məcəlləsinin 201.1.1-ci maddəsinə əsasən, müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda, əmlak vergisi Vergi Məcəlləsinin 14.3.4-cü maddəsinə uyğun müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda, Vergi Məcəlləsinin 202-ci maddəsinin müddəaları tətbiq olunmur. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Bu maddənin tətbiqinin əsas məqsədi müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisinin həmin əmlakın hansı dəyərindən hesablandığını müəyyənləşdirməkdir. Çünki bu maddəyə əsasən, əmlak vergisi müəssisənin əmlakının orta illik qalıq dəyərinə görə yox, Vergi Məcəlləsinin 14.3.4-cü maddəsinə uyğun olaraq, bazar qiymətinə əsasən hesablanır.

Misal:

Tutaq ki, "A" müəssisəsinin əmlakının qalıq dəyəri 150.000 manat olmuşdur. Lakin bu dəyərdən artıq qiymətə, yəni 180.000 manata sığortalanmış və əmlakın bazar qiymətinin 160.000 manat olduğu müəyyən edilmişdir. Bu halda, vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri yox, əmlakın bazar qiyməti, yəni 160.000 manat əsas götürüləcək, əmlak vergisinin məbləği isə 1.600 manat (160.000 x 1% = 1600) təşkil edəcəkdir.

Müəssisənin əmlakı qalıq dəyəri ilə eyni qiymətə və ya qalıq dəyərindən aşağı qiymətə sığortalandığı halda, əmlak vergisi Vergi Məcəlləsinin 202-ci maddəsinə əsasən müəssisənin əmlakının orta illik qalıq dəyərindən hesablanır. Müəssisənin əmlakının orta illik qalıq dəyəri üç formada hesablanır:

1) Müəssisənin əmlakının hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.

Misal:

Tutaq ki, müəssisənin əmlak vergisinə cəlb edilən əsas vəsaitlərinin qalıq dəyəri 1 yanvar 2018-ci il tarixinə 20.000 manat, 31 dekabr 2018-ci il tarixinə 10.000 manat olmuşdur. Bu halda vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri 15.000 manat ((20.000 + 10.000) : 2) olacaq və bu məbləğdən 150 manat (15.000 x 1% = 150) əmlak vergisi hesablanacaqdır.

2) Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisinin ödəyicisi olduqda onun əmlakının yaradıldığı və ya əmlak vergisinin ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisə yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonrakı ilin sonuna qədər olan ayların sayına vurulur.

Misal:

Tutaq ki, müəssisə 1 iyul 2018-ci tarixdə yaradılmışdır və yarandığı tarixə əmlak vergisinə cəlb edilən əsas vəsaitlərinin qalıq dəyəri 20.000 manat, 31 dekabr 2018-ci il tarixinə isə 28.000 manat olmuşdur. Bu halda, vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri 14.000 manat ((20.000 + 28.000) : 24) x 7) olacaq və bu məbləğdən 140 manat (14.000 x 1% = 140) əmlak vergisi hesablanacaqdır.

3) Müəssisə hesabat ili ərzində ləğv edildikdə, onun əmlakının ilin əvvəlinə və ləğv olunduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi aya qədər olan ayların sayına vurulur.

Misal:

Tutaq ki, müəssisə 2018-cı ilin 16 avqust tarixində ləğv edilib və ləğv olunduğu tarixə əmlak vergisinə cəlb edilən əsas vəsaitlərinin qalıq dəyəri 20.000 manat, 1 yanvar 2018-cı il tarixinə isə 28.000 manat olmuşdur. Bu halda vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri 16.000 manat ((20.000 + 28.000) : 24) x 8) olacaq və bu məbləğdən 160 manat (16.000 x 1% = 160 ) əmlak vergisi hesablanacaqdır.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/articles/2317.html

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!