Komisyon qaydada satış və onun ticarət obyekti üçün əhəmiyyəti - 2

2014-12-18 | Vergilər | 6428

Əvvəli ötən sayımızda

Qeyd edildi ki, praktikada bir qayda olaraq ticarət obyektləri tərəfindən satılmaq məqsədilə alınan mallar, əsasən, alqı-satqı müqavılələri ilə, yəni malların üzərində tam mülkiyyət hüququna malik olmaq şərtilə əldə edilir və sonradan ticarət obyektlərinin xüsusi malı kimi satılır. Digər bir qaydaya əsasən də ticarət obyektləri tərəfindən mallar onlar üzərində mülkiyyət hüququna malik olmadan əldə edilir və sonradan başqasının malı kimi satılır.

Ticarət obyekti malları onların üzərində tam mülkiyyət hüququna malik olmaq şərtilə əldə etdikdə istədiyi qiymətə sata bilər, malları komisyon qaydada, yəni üzərində mülkiyyət hüququna malik olmadan əldə etdiyi halda isə malı mal sahibinin (komitentin) təyin etdiyi qiymətə satmalıdır.

Burada ticarət obyektləri tərəfindən komisyon qaydada mal satışı ilə bağlı əməliyyatların sənədləşdirilməsinin düzgünlüyü vacib məsələdir və audit zamanı hər bir əməliyyatı təsdiq edən sənədləşmə qaydasına diqqət yetirilməlidir. Sənədləşmələr qanunvericilik baxımından düzgün aparılmadığı halda, əlavə vergilərin və təhrif olunmuş vergilərin yaranması mümkündür.

Komisyon qaydada malların əldə edilməsi və satışının şərtləri ilə əlaqədar aşağıdakı tövsiyyələ diqqət yetirək:

  • Malların komisyon qaydada satışı barədə əməliyyata malın KOMİTENT (mal sahibi), TİCARƏT OBYEKTİ (satışı həyata keçirən şəxs), və ALICI (malın faktiki alıcısı) arasında hərəkəti çərçivəsində baxılmalıdır.
  • Yalnız mallar üzərində mülkiyyət hüququ tam verilmədən malların komitentdən (əsas mal sahibindən) təhvil alınaraq sonradan alıcılara satışının həyata keçirilməsi "malların komisyon qaydada satışı" sayılır. Mallar üzərində mülkiyyət hüququ alıcı ticarət obyektinə keçməmək şərtilə ticarət obyekti tərəfindən komissiyaya təhvil alınması (qəbul olunması) və satış xidmətlərinin göstərilməsi üçün ticarət obyekti (mal sahibinin malını satan şəxs) ilə komintent şəxs (mal sahibi) arasında komissiya müqaviləsi (Mülki Məcəllənin 44-cü fəslinə uyğun olaraq) bağlanılır.
  • Komintent şəxs komissiyaya verdiyi malların ticarət obekti (mağaza) tərəfindən təhvil-qəbulunu ciddi hesabat blankı hesab edilən qaimə-faktura ilə rəsmiləşdirir və malları ticarət obyektinə təhvil verir. Bu rəsmiləşdirmə malların ticarət obyektinə satılması kimi qiymətləndirilmir, çünki burada alqı-satqı müqaviləsi deyl, komissiya müqaviləsi bağlanılmışdır.
  • Malların ticarət obyektindən müştərilərə - əhaliyə və hüquqi şəxslərə pərakəndə və topdan formada nağd satışı ticarət obyektinə məxsus NKA və ya POS-terminal vasitəsilə çeklə və qaimə-faktura ilə, həmçinin ehtiyac yarandığı halda alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir.
  • Əgər mallar faktiki olaraq ticarət obyekti tərəfindən komisyon qaydada satılmışdırsa, satılmış malların dəyərinin alıcılardan alınıb-alınmamasından və ya alıcılardan alınan məbləğlərin komitentə (mal sahibinə) ödənilib-ödənilməməsindən asılı olmayaraq ticarət obyekti (komisyonçu) alıcılara faktiki olaraq təqdim edilmiş (satılmış, təhvil verilmiş) malların miqdarını, məbləğini, satış vaxtını və digər zəruri göstəriciləri əks etdirən yazılı bildirişi (yaxud aktı), yəni satılmış malların hərəkətini əks etdirən cədvəli komitentə (mal üzərində tam mülkiyyət hüququna malik şəxsə) təqdim edir. Bu cədvəli olaraq "satış xidmətlərinin göstərilməsinə dair akt" da adlandırmaq olar və bu akt komissiya müqaviləsi üzrə müəyyənələşdirilmiş vaxtlarda hesabat dövrləri üzrə komitentə təqdim olunur. Aktda ticarət obyektinə ödənilməsi nəzərdə tutulan muzd (muzdun hesablanması formatı ilə birlikdə, məsələn, dövriyyədən faizlə) göstərilməlidir.
  • Ticarət obyektinin uçotunda komisyon qaydada malların komitentdən təhvil alınmasının və alıcılara satışı üzrə əməliyyatların uçotu digər bütün satış əməliyyatlarının uçotundan ayrı aparılmalıdır. Vergi Məcəlləsinin 172.6-cı maddəsində göstərilir ki, vergitutma məqsədləri üçün ƏDV ödəyicisi olan şəxslər tərəfindən bu maddədə göstərilən əməliyyatlardan başqa digər əməliyyatlar da həyata keçirildikdə, həmin əməliyyatların uçotu ayrıca aparılır. Sadələşdirilmiş vergi ödəyicisi tərəfindən komisyon qaydada malların alınması və satışı üzrə əməliyyatların uçotunun ayrı aparması tələbi Vergi Məcəlləsində ayrıca nəzərdə tutulmasa da, bu əməliyyatlarının ayrı aparılması təmin edilməlidir. Çünki sadələşdirilmiş vergi ödəyicisi bu əməliyyatlar çərçivəsində komitentə (mal sahibinə) satış xidmətləri göstərir və göstərdiyi xidmətin əvəzində muzd (haqq) alır.
  • Sadələşdirilmiş vergi ödəyicisi olan şəxs həm alqı-satqı, həm də komissiya qaydasında əldə etdiyi malların satışını həyata keçirirsə, alqı-satqı müqaviləsi ilə əldə etdiyi malların alıcılara satışından daxil olan vəsaitlərin tam dəyərini vergiyə cəlb etdiyi halda, komissiya qaydasında əldə etdiyi malların satışından əldə etdiyi vəsaitləri birbaşa vergiyə cəlb olunan dövriyyə kimi qəbul etməməlidir. Burada vergitutma obyekti ticarət obyekti tərəfindən həyata keçirilən satış dövriyyəsindən ticarət obyektinə verilən mükafatdır (məsələn, dövriyyədən faiz). Audit zamanı əsas diqqət yetirilməli məsələ malın komissiya qaydasında qəbulu və satışı ilə bağlı əməliyyatları əks etdirən sənədlərin Mülki Məcəllənin tələblərinə (maddə 808 - 821) uyğun düzgün və rekvizitli tərtib olunmasıdır.

    Mehdi Babayev,
    "Professional MÜHASİB" jurnalının baş redaktoru,
    sərbəst auditor.

    Mənbə: www.vergiler.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!