Məzuniyyət haqqı ödənilərkən nəzərə alınan və alınmayan əmək haqqı növləri hansılardı?

2019-11-30 | Kadr işi | 6102

Məzuniyyətə çıxan işçiləri ən çox maraqlandıran sual məzuniyyət haqqının necə hesablanmasıdır. Məzuniyyət haqqının hesablanmasında böyük rol oynayan amil nəzərə alınan və alınmayan əmək haqqı növləridir. Mövzunu “Finpro Consulting” MMC-nin kadrlar üzrə mütəxəssisi Lalə Hacıyeva şərh edir.

Əmək Məcəlləsinin 139-cu maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı AR Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavəyə əsasən müəyyən edilir.

Nəzərə alınan ödənişlər:

  • faktiki işlənmiş vaxtı üzrə tarif (vəzifə) maaşı;
  • müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar **, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar;
  • kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) və Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə və şəhər (rayon) icra hakimiyyəti başçılarına səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatı;
  • uşağın yedizdirilməsi üçün ayrılmış fasilələrin ödənilməsi;
  • səhra, susuz və yüksək dağlıq yerlərdə əmsallar üzrə əlavə ödənişlər;
  • iş vaxtından artıq iş saatlarının ödənilməsi;
  • istirahət, səsvermə, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işə görə ödənilmə;
  • işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarına yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələr;
  • müvəqqəti əvəzetməyə görə ödəmə;
  • qanunvericilikdə işçilərin iş yerlərinin və orta əmək haqqının saxlanıldığı, əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda;
  • məcburi işburaxma dövrünün ödənilməsi;
  • əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əmək haqqı;
  • əmək qabiliyyətini müvəqqəti itirməyə , hamiləliyə və doğuma görə müavinətlər;
  • qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentlərinin ştatlarında olan əbədi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlar, daimi xarakter daşıyan müəlliflik, artist qonorarları və quruluş haqqı.

Nəzərə alınmayan ödənişlər:

  • birdəfəlik xarakteri daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla);
  • işçinin öz vəzifəsinə aid olmayan ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinə görə ödəmələr;
  • əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortzasiyasına görə pul əvəzi;
  • maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər;
  • ezamiyyət ilə bağlı verilən ödəmələr, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələr, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələr;
  • ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xərclərin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyəri və ya onların kompensasiyası;
  • işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə-profilaktika qidalarının dəyəri;
  • qanunvericilikdə nəzərdə tutulmuş hallarda pulsuz qidaların dəyəri (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəətinin hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər);
  • sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri;
  • başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üzrə xərclərin ödənilməsi;
  • istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş işçilərə müəssisə və təşkilatlar tərəfindən ödənilən təqaüdlər;
  • yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatları;
  • gənc mütəxəssislərə ali və yaxud orta ixtisas təhsil müəssisəni qurtardıqdan sonra verilən məzuniyyət zamanı müəssisələr, idarələr, təşkilatların hesabına ödənilən müavinətlər;
  • mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələr.
  • istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya.

Tutaq ki, işçi 2019-cu ilin noyabr ayında növbəti əmək məzuniyyətindən istifadə edir: içinin son 12 (on iki) aylıq əmək haqqı aşağıdakı cədvələ əsasən olmuşdur.

Ay, İl Əmək haqqı Təhsil məzuniyyəti Maddi yardım Müvəqqəti əvəz etmə Əmək qabiliyyətini müvəqqəti itirməyə görə Ümumi əmək haqqı
Noyabr 2018 500 500
Dekabr 2018 500 500
Yanvar 2019 300 245 545
Fevral 2019 500 500
Mart 2019 500 300 800
Aprel 2019 500 500
May 2019 500 500
İyun 2019 500 100 600
İyul 2019 500 500
Avqust 2019 420 38 458
Sentyabr 2019 500 500
Oktyabr 2019 500 500
Yekun: 5720 245 300 100 38 6403

İşçinin son 12 (on iki) aylıq əmək haqqı 6403,00 manat olmağına baxmayaraq məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən 6103,00 manat nəzərə alınır. Mart ayında işçiyə ödənilən 300.00 manat maddi yardım nəzərə alınmır.

Mənbə:

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!