Ezamiyyə günlərində əməkhaqqının hesablanması
2020-04-09 | Kadr işi | 2510Əmək Məcəlləsinin 179-cu maddəsinə əsasən, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir. Həmin maddə yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərilən şəxslərə də şamil edilir.
Sərbəst auditor Altay Cəfərov bildirib ki, işçilərin ezamiyyətdə olduğu zaman əməkhaqqının hesablanılması və ödənilməsi aktual məsələlərdəndir. Ezamiyyə qaydaları haqqında Maliyyə Nazirliyinin qərarında qeyd edilib ki, ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta əməkhaqqı saxlanılır. Bundan əlavə, Əmək Məcəlləsində də işçilərin ezamiyyətə göndərilməsi zamanı əməkhaqqının ödənilməsi ilə bağlı müddəalar yer alıb. Həm Əmək Məcəlləsində, həm də qaydalarda bir şeyə diqqət yetirilməlidir ki, ezamiyyətdə olan işçiyə orta əməkhaqqı ödənilməlidir.
Orta əməkhaqqının hesablanması qaydası Əmək Məcəlləsinin 177-ci maddəsi ilə müəyyənləşdirilib:
Maddə 177. Orta əməkhaqqı və onun hesablanması qaydası
1. Orta əməkhaqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.
2. Əmək məzuniyyəti dövrü üçün verilən əməkhaqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.
Tutaq ki, “AA” MMC-nin işçisi 1-10 avqust tarixlərində ezamiyyətdə olub. Bu zaman işçinin ezamiyyətdə olduğu zaman orta əməkhaqqı necə hesablanmalıdır?
Əmək Məcəlləsinin 177-ci maddəsinə görə, əvvəlki iki ayın əməkhaqqı cəmlənib, iki ayda olan iş günlərinin sayına bölünür və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.
Tutaq ki, işçi iyun ayında 400 manat və iyul ayında 400 manat əməkhaqqı alıb və “AA” MMC 5 günlük iş rejimi ilə işləyir. Onda iyunda iş günlərinin sayı 16 və iyul ayında iş günlərinin sayı isə 23-dür. Bu halda, bir günə düşən orta əməkhaqqı 20,51 manat təşkil edir.
( 400+400)/(16+23) = 800/39 = 20,51 manat
Sonrakı addım kimi, 1-10 avqust tarixlərində neçə iş günü olduğunu aydınlaşdırmaq lazımdır. Bu arada 7 iş günü vardır. Onda işçinin ezamiyyətdə olduğu dövrdə orta əməkhaqqı belə hesablanır:
20,51 * 7 = 143,57 manat.
“AA” MMC 11-31 avqust tarixləri üçün işçiyə əməkhaqqı hesablamalı, tutulmaları isə yaranan məbləğə 143,57 manat əlavə etməklə həyata keçirməlidir.
Belə hesablamalar çox praktiki olmur. Adətən, müəssisələr işçilər ezamiyyətdə olan müddətdə onların orta əməkhaqqını yox, aylıq əməkhaqqını saxlayırlar. Bu zaman hesablamalarda böyük fərqlər olmur, hətta bəzi hallarda eyni məbləğlər əmələ gəlir.
Fərqanə ALLAHVERİQIZI