Əmlak satışından əldə edilən gəlirlərin vergiyə cəlb olunması

2020-05-16 | Vergilər | 2037

Vergi Məcəlləsində 2020-ci il yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdən biri də hüquqi və fiziki şəxlər tərəfindən yaşayış, qeyri-yaşayış sahələrinin, torpaq sahələrinin təqdim edilməsi üzrə vergilərin tutulması, hesablanması və hesabatlılığı məsələləridir. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Xatırladaq ki, Vergi Məcəlləsində dəyişikliyə qədər qeyd olunan əməliyyatlar üzrə dövriyyələr sadələşdirilmiş vergiyə cəlb olunur, həmin əməliyyatlar üzrə vergi ödəyiciləri isə sadələşdirilmiş vergi ödəyiciləri sayılırdı.

Bu ildən vergi ödəyiciləri yaşayış, qeyri-yaşayış sahələrinin, torpaq sahələrinin təqdim edilməsi üzrə əməliyyatlarda aşağıdakı hallara diqqət yetirməlidirlər:

  • vergi ödəyicisinin statusu (hüquqi şəxs, fiziki şəxs, fərdi sahibkar);
  • əməliyyatın məğzi, yəni təqdim edildiyi əmlakın növü.

Bu məsələ ilə bağlı, ilkin olaraq, Vergi Məcəlləsinin müvafiq maddələrinə nəzər yetirək. Məcəllənin 218.4.3-cü və 28.4.5-ci maddələrinə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Həmin müddəalara tam aydınlıq gətirmək üçün bir neçə misalı nəzərdən keçirək:

Misal 1:

Tutaq ki, Bakı şəhərində fərdi sahibkarın mülkiyyətində 50.000 manat dəyərində 100 kv.m yaşayış və ya qeyri-yaşayış sahəsi vardır. Fərdi sahibkar həmin əmlakı satır. Bundan əlavə, Bakı şəhərində onun mülkiyyətində 10.000 manatlıq 50 kv.m-lik torpaq sahəsi vardır və onu da satmaq istəyir. Bu halda, vergitutulma və hesabatlılıq necə olmalıdır?

Belə olan halda, Vergi Məcəlləsinin 218.4.3.-cü , 218.4.5.-ci , 219.3-1. 220.8.-ci maddələrinə istinad edilməlidir. Bu maddələrdən görünür ki, fiziki şəxs vergi ödəyicisi olub-olmamasından asılı olmayaraq yuxarıdakı maddələr ona tədbiq edilir.Yəni 218.4.3-cü maddədə "...fiziki şəxslər..." və 218.4.5.-ci maddədə də "...həyata keçirən şəxslər" ifadələri yazılıb. Bu halda, misalımızdakı fərdi sahibkarın 100 kv.m-lik əmlaka görə ödəyəcəyi verginin məbləği belə hesablanacaq:

100 kv.m * 15 = 1.500 manat

Bakı şəhərində yerləşmə zonasına uyğun (1,2-dən 4,0-ə kimi) əmsalları, bundan əlavə, qeyri-yaşayış sahəsi olduqda əlavə 1,5 əmsalını tətbiq etməklə vergi ödənilməlidir. Baza hesablama kimi 1 kv.m üçün 15 manat götürülür və bu məbləğə artırılma əmsalları tədbiq edilir.

Satışa çıxarılan torpaq sahəsinə görə verginin məbləği də eyni qaydada hesablanır.

50 kv.m *0,5 manat = 25 manat.

Burada sahə Bakı şəhərində yerləşdiyindən vergi yerləşmə zonasına uyğun olaraq (1,2-dən 4,0 kimi) əmsallar tədbiq edilməklə ödənilməlidir. Bundan əlavə, torpaqların təyinatından - sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlardan asılı olaraq 1,5 əmsalı tətbiq olunur.

Bu misalın nəticəsi olaraq:

  • fiziki şəxsin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahəsinin satışı zamanı onun fərdi sahibkar və ya adi vətəndaşın olmasının fərqi yoxdur, yəni hər iki halda vergitutma qaydaları eynidir;
  • fiziki şəxsin mülkiyyətindəki torpaq sahəsinin satışı zamanı onun fərdi sahibkar və adi vətəndaş olmasının fərqi yoxdur, yəni hər iki halda vergitutma qaydaları eynidir;
  • mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahəsinin və torpaq sahələrinin balans dəyərinin alğı-satqı zamanı heç bir təsiri yoxdur, yəni vergilər sahəyə görə hesablanır;
  • vergilər notariuslar tərəfindən hesablanır və tutulur;
  • hesabatlılıq ancaq notariusların öhdəliyindədir;
  • fərdi sahibkarın və vətəndaşların bu əməliyyatlardan heç bir hesabatlılığı yoxdur.

Bəs bu halda gəlir vergisi ödəyicisi olan fiziki şəxslər illik gəlir vergisi bəyannaməsi təqdim edərkən bəyannamənin 1201-ci sətrindəki "amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir" sətrində nə yazılmalıdır?

Vergi Məcəlləsinin 218.4.-cü maddəsinə əsasən, alt maddələrdə olan əməliyyatlar üzrə vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyiciləri sayılırlar. Belə olan halda, yaşayış və qeyri-yaşayış sahələrini, torpaq sahəsini satan fərdi sahibkarlar bu əməliyyatlar üzrə sadələşdirilmiş vergi ödəyiciləri sayıldığından onlar həmin satış əməliyyatlarını illik gəlir vergisi bəyannaməsində əks etdirməli deyillər. Ona görə də bəyannamənin 1201-ci sətrində heç nə qeyd edilmir. Bundan əlavə, Vergi Məcəlləsinə əsasən, torpaq sahəsi əsas vəsait sayılmır. Əgər fərdi sahibkar sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdiyi mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələrindən başqa digər əsas vəsaitləri (maşın, avadanlıq, hesablama texnikası və digər vəsaitlər) satarsa, onda həmin əməliyyatlardan gəlirlər 1201-ci sətirdə yazılmalıdır.

Fərqanə Allahverdiqızı

Mənbə: https://vergiler.az/news/taxes/8336.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!