Poçt daşımalarına görə vergilərin hesablanması

2020-05-16 | Vergilər | 2885

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən, işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda, həmin daimi nümayəndəliyin olduğu yer işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer hesab olunur. Bu maddənin müddəaları radio və televiziya yayımı, poçt rabitəsi xidmətlərinə də tətbiq edilir. Mövzu ilə bağlı diqqət yetirilməli olan bəzi məqamları sərbəst auditor Altay Cəfərov şərh edir.

Bütün dünyada rabitə və poçt xidmətlərinin göstərilməsində özünəməxsus xüsusiyyətlər mövcuddur. Həqiqətən də təcrübədə poçt xidmətlərinin göstərilməsi üzrə vergilərin hesablanmasında, tutulmasında anlaşılmazlıqlar yaranır. Bu xidmətdə mürəkkəbliklər olduğuna görə poçt xidmətləri ilə bağlı ƏDV məqsədləri üçün vergitutma məsələlərinə aydınlıq gətirməyə çalışacağıq.

Hazırda, Azərbaycanda həm dövlət, həm də kommersiya poçt xidmətlərini göstərən təşkilatlar var. Onların xidmət səviyyəsinə və əhatə etdiyi ərazilərə uyğun olaraq, xidmətlər müxtəlifliyi ilə seçilir.

Misal 1:

Tutaq ki, poçt daşımalarını həyata keçirmək üçün müvafiq icazələri olan "AA" MMC Azərbaycan Respublikasının vətəndaşının poçtunu Londona çatdırmaq üçün ondan daşımaya görə 200 manat alıb. Vətəndaşın bu poçtunu çatdırmaq üçün "AA" MMC qeyri-rezident poçt daşıması şirkəti olan "SS" LTD ilə müqavilə bağlayıb və ona 50 dollar vəsait ödəməlidir. Bu zaman, vergitutma necə olacaq?

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin tələblərinə görə, poçt xidmətlərinin təqdim edilməsi işlərin faktiki göstərildiyi yerdən asılı deyildir. Yəni poçt xidmətlərin gəstərilməsində xidməti təqdim edən şəxsin yox, onun alıcısının yerləşdiyi, qeydiyyatda olduğu, təsis edildiyi yer əsas götürülür. Bizim misalda alıcı Azərbaycan Respublikasının vətəndaşı olduğundan, poçt xidmətinə görə ondan alınan 200 manatdan 31,50 manat ƏDV hesablanacaqdır.

Burada daha bir sual meydana çıxır ki, həmin vətəndaş Azərbaycan Respublikasının deyil, xarici ölkə vətəndaşı olarsa, ƏDV hesablanırmı? Vergi Məcəlləsinin tələbindən də görünür ki, bu zaman, xidmətin alıcısının yerləşdiyi yer əsas götürülür. Alıcının qeyri-rezident olmasına baxmayaraq, o, faktiki poçt sifarişini Azərbaycan Respublikasının ərazisində verib. Ona görə bu halda da ƏDV hesablanır.

Qeyri-rezident olan "SS" LTD isə faktiki olaraq beynəlxalq poçt daşımasını həyata keçirir. Bu hallar Vergi Məcəlləsinin 13-cü maddəsi ilə tənzimlənir. Maddəyə əsasən, beynəlxalq daşıma – yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır.

Bizim misalda qeyri-rezident olan "SS" LTD, rezident poçt şirkətinin sifarişini yerinə yetirir, yəni sifarişçi (xidmətin alıcısı) "AA" MMC-dir. Belə olan halda, xidmətlərin təhvil verilməsi alıcının qeydiyyat yeri olduğundan Azərbaycan Respublikasının ərazisi sayılır. Odur ki, "SS" LTD-yə ödəniləcək 50 dollar = 85 manat. Bu məbləğdən ƏDV 85*18% = 15,30 manat.

Bu halda, 15,30 manat ƏDV hesablanaraq ödənilməlidir və yuxarıda hesabladığımız 31,50 manatdan əvəzləşdirilməlidir.

Bundan əlavə, ödənilən 50 dollardan ödəmə mənbəyində 6 faiz məbləğində vergi tutulmalıdır.

Misal 2:

Poçt daşımalarını həyata keçirmək üçün müvafiq icazələri olan "AA" MMC Çin poçt daşıma şirkəti olan "NN" LTD ilə müqavilə bağlayaraq onun poçt daşımalarını Azərbaycan Respublikasına çatdırır və buna görə 2.000 dollar xidmət haqqı alır. Bəs bu halda vergitutuma necə hesablanacaq?

Burada əməliyyatlar yuxarıdakı misaldan fərqlidir. Sifarişçi (xidmətin alıcısı) Çin poçt daşıma şirkətidir və içraçı (xidmətin satıcısı) "AA" MMC-dir. Belə olan halda, alıcının yerləşdiyi qeydiyyat yeri Azərbaycan Respublikasının hüquqlarından kənarda olduğundan "AA" MMC-nin təqdim etdiyi poçt xidməti Azərbaycan Respublikasının hüdudlarından kənarda göstərilmiş sayılır. Ona görə də şirkətin bu xidmətdən əldə etdiyi 2.000 dollar vəsaitə görə heç bir ƏDV hesablanmır. Ancaq həmin məbləğ mənfəət vergisi məqsədləri üçün nəzərə alınır.

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/8456.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!