Pandemiyanın təsirinə məruz qalan şirkətlərə vergi tətili verilib
2020-06-08 | Vergilər | 2042COVID-19 pandemiyasının yayılması ilə bağlı müvəqqəti təcrid tədbirlərinin təsirinə məruz qalan sahibkarlara dəstək məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə zərər çəkmiş vergi ödəyicilərinə müxtəlif güzəştlər, azadolmalar və tətillər verilib. Bunlarla bağlı maraq doğuran məsələləri sərbəst auditor Altay Cəfərov şərh edir.
Vergi Məcəlləsinin 224.7-vi maddəsinə əsasən, bu Məcəllənin 225.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə vergilərin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə bu Məcəllənin 59.1-ci maddəsi ilə müəyyən edilmiş faizlərin hesablanması 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək dayandırılıb. Dayandırılmış müddət Məcəllənin 59.2-ci maddəsində faizlərin hesablanması üçün müəyyən edilmiş 1 illik müddətə daxil edilmir.
Tutaq ki, "AA" MMC pandemiyadan zərər çəkmiş vergi ödəyicisidir və şəxsi vərəqəsində 31 mart 2020-ci il tarixinə vergi borcu 40.000, faizlər üzrə borcu isə 3.000 manat olub. Bu halda, həmin şirkət üçün faiz hesabalamaları necə olacaq?
Məcəlləyə dəyişikliyə əsasən, 1 aprel 2020-ci ildə 40.000 manat borca görə faizlərin hesablanması dayandırılacaq. 3.000 manat faiz borcu kimi şəxsi vərəqədə qalacaq. Əgər MMC yaranmış borcdan heç bir məbləği ödəməzsə, 1 yanvar 2021-ci il tarixindən başlayaraq yenidən 40.000 manata görə faiz hesablanacaq və faiz borcu artacaq.
Bu halda, daha bir sual meydana çıxır: vergi orqanları "AA" MMC-nin bu borcu ilə bağlı başqa addımlar atacaqmı?
"AA" MMC-nin pandemiyadan zərər çəkmiş vergi ödəyicisi olmasına baxmayaraq, vergi orqanları yaranmış 40.000 manat vergi və 3.000 manat faiz borcunun ödənilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulan bütün addımları atacaq. Çünki hesabatların təqdim edilməsi, cari vergilərin ödənilməsi ilə bağlı tətillər verilib. Amma pandemiya başlayana qədər yaranmış borcların ödənilməsi ilə bağlı heç bir tətil və güzəşt yoxdur.
Məcəllənin 59.2.-ci maddəsinə görə faizlər ancaq bir il müddətinə hesablanmalıdır. Son dəyişikliyə görə 2020-ci il aprelin 1-dən dekabrın 31-dək 9 ay üçün faiz hesablanmır və 1 yanvar 2021-ci ildən əvvəlki dövr də nəzərə alınmaqla faizlərin hesablanması davam edəcək. Məsələn, əvvəldən 10 ay üçün faiz hesablanmışdırsa, sonrakı 9 ay (aprel 2020- dekabr 2020 dövü) üçün hesablanmır.
Tutaq ki, "AA" MMC fəaliyyətinin davamı kimi 01 sentyabr 2020-ci il tarixinə qədər - 31 avqust 2020-ci ildə 2019-cu ilin mənfəət vergisi bəyannaməsini təqdim edib və bəyannaməyə görə onun borcu 30.000 manat təşkil edib. Şirkət faktiki olaraq göstərilən məbləği ödəməyib. Bu halda faizlər hesablanılırmı və şirkət hansı addımları atmalıdır?
İlk baxışda belə başa düşülə bilər ki, faizlərin hesablanmasının dayandırılması ancaq 1 aprel 2020-ci il tarixinə kimi olan vergi borclarına aiddir. Əslində isə belə deyil. Bunun üçün Vergi Məcəlləsinin 224.7-ci maddəsində olan ifadəyə diqqət yetirmək lazımdır: ".....vergilərin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə..." Məcəllə ilə müəyyən edilmiş müddət dedikdə Məcəllənin bütün fəsillərində vergilərin ödənilməsi ilə bağlı müddətlər nəzərdə tutulur. Bu müddətlərdən biri də 18-ci fəsildə koronavirus pandemiyası ilə bağlı verilən müddəalarda göstərilib.
Bu fəslin 223-cü maddəsində hesabatların və ödəmələrin müddəti 1 sentyabr 2020-ci ilə kimi müəyyənləşdirilib. Odur ki, əgər "AA" MMC 1 sentyabr 2020-ci ilə qədər yaranmış əlavə 30.000 manat mənfəət vergisini ödəməzsə, ona 2020-ci ilin sonuna qədər faizlər hesablanmayacaq.
Amma 2021-ci il yanvarın 1-dən başlayaraq həm əvvəlki 40.000 manata, həm də yeni yaranan 30.000 manata görə faizlər hesablanacaq.
Yaxşı olardı ki, vergi ödəyiciləri yaranmış və yaranacaq vergi borclarını vaxtında ödəsinlər ki, sonradan əlavə məsuliyyət tədbirləri yaranmasın.
Fərqanə ALLAHVERDİQIZI