Sahibkarlıq fəaliyyətinə görə sosial sığorta haqqının hesablanması
2020-06-08 | Vergilər | 2378Sosial Sığorta Haqqında Qanuna pandemiya dövrü ilə əlaqədar edilmiş dəyişiklikləri nəzərə almaqla fərdi sahibkarın sahibkarlıq fəaliyyəti üzrə ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqının hesablanması qaydalarını iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.
Sosial Sığorta Haqqında Qanunun 14.5.1-ci maddəsinə əsasən, fərdi sahibkarlar 1 aprel 2020-ci il tarixinədək sahibkarlıq fəaliyyəti üzrə minimum əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə isə 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirdilər. 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 25 faizi, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 15 faizi:
- Bakı şəhərində 100 faizi;
- Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
- digər şəhərlərdə 80 faizi;
- rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
- kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.
Fərdi sahibkar Əli Məmmədov Sumqayıt şəhərində tikinti sahəsinə aid fəaliyyətlə məşğuldur. Bu zaman, fərdi sahibkar sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (250 manat) hər ay üçün 25 faizinin 90 faizi miqdarında, yəni 56,25 manat (( 250 x 25% = 62.5 ) x 90% = 56.25 manat ) məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.
Fərdi sahibkar öz fəaliyyəti üçün sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (250 manat) hər ay üçün 25 faizi məbləğinin 80 faizi miqdarında, yəni 50 manat (( 250 x 25% = 62,5 ) x 80% = 50 manat) məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. Eyni zamanda, həmin şəxs işçiləri üçün əməyin ödənişi fondu üzrə öz vəsaiti hesabına ödəməklə 520 manat (44 manat + 200 manatdan çox olan məbləğin 15%-i, yəni (200 x 22%) + (400 x 15%) = 104 x 5 işçi = 520 manat) və işçidən ödəmə mənbəyində tutulmaqla hesablanmış əməkhaqqından 230 manat (6 manat + 200 manatdan çox olan məbləğin 10%-i, yəni (200 x 3%) + (400 x 10%) = 46 x 5 işçi = 230 manat) məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.
"Sosial sığorta haqqında" Qanunun 14.5.1-1-ci maddəsinə əsasən, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan fiziki şəxslər, fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində olan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında; çəkməçi, pinəçi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olan fiziki şəxslər, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), nəqqaşlıq emalatxanalarının fəaliyyəti, fərdi qaydada bərbər fəaliyyəti və dərzi fəaliyyəti ilə məşğul olan fiziki şəxslər minimum aylıq əməkhaqqının 3 faizi miqdarında; Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada "Fərqlənmə nişanı" almaqla avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri isə minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.
Onu da qeyd edək ki, yuxarıda qeyd etdiyimiz fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərə Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) fəaliyyət göstərdikdə – 2 əmsal, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərdikdə isə – 1,5 əmsal tətbiq edilməklə aylıq sosial sığorta haqqının məbləği hesablanır.
Məmməd Həsənov Gəncə şəhərində fərdi qaydada bərbər fəaliyyəti ilə məşğuldur. Sabit vergi ödəyicisi olan Məmməd Həsənov bərbər fəaliyyəti üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (250 manat) hər ay üçün 3 faizinə Gəncə şəhərində fəaliyyət göstərdiyi üçün 1.5 əmsal tətbiq etməklə 11,25 manat ((250 x 3% = 7.5) x 1.5 = 11.25 manat ) məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.
Akif Əhmədov Naxçıvan şəhərində taksi ilə sərnişindaşıma fəaliyyəti ilə məşğuldur. Sabit vergi ödəyicisi olan Akif taksi fəaliyyəti üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (250 manat) hər ay üçün 6 faizi miqdarında, yəni 15 manat ( 250 x 6% = 15 manat) məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.
Hazırladı:
Fəxriyyə İKRAMQIZI