Beynəlxalq daşımalarda vergitutma öhdəlikləri
2020-07-01 | Vergilər | 3053Beynəlxalq daşımalarda vergitutma məsələləri ilə bağlı maraq doğuran bir sıra hallara rast gəlinir. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.
Daşımanın müxtəlif formalarda həyata keçirilməsi vergitutma obyeklərinin müxtəlifliyinə gətirib çıxarır. Bu sahədə fəaliyyət göstərən sahibkarlar arasında tez-tez ortaya çıxan sualları misallar üzərində nəzərdən keçirək.
Misal: Tutaq ki, "AA" MMC Panama dövlətindən mallar idxal edir. Bunun üçün Çin dövlətinin hüquqi şəxsi olan "SS" LTD (qeyri-rezident) ilə müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə görə "SS" LTD malları Gürcüstanın Poti limanına kimi daşıyacaq və orada təhvil verəcək. Daşıma haqqı 5.000 dollar təşkil edəcək. Eyni zamanda, "AA" MMC malları Potidən Tbilisiyə kimi daşınma üçün Azərbaycan Respublikasının rezidenti olan "VV" MMC ilə müqavilə bağlayıb və müqaviləyə görə "VV” MMC-yə 1.000 dollar ödəyərək malları Tbilisidə təhvil alır. "AA" MMC malları Tbilisidən Bakıya daşımaq üçün Gürcüstan Respublikasının hüquqi şəxsi olan "NN" LTD (qeyri-rezident) ilə 1.500 dollar dəyərində müqavilə bağlamışdır.
Sual yaranır ki, "AA" MMC-nin bu əməliyyatlarla bağlı hansı vergitutma öhdəlikləri vardır?
Bu əməliyyatlarda "AA" MMC-nin ancaq ödəmə mənbəyində vergitutulma öhdəlikəri yaranır və bu tutulma bütün əməliyyatlara tətbiq edilmir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.33.-cü və 125.1.4.-cü maddələrində yazılmışdır:
125.1.4. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri - 6 faiz;
13.2.33. Beynəlxalq daşıma – yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır
Maddələri üzləşdirdikdə aydın olur ki, rezident vergi ödəyicisinin ödəmə mənbəyində vergi tutmaq öhdəliyi ancaq qeyri-rezident şəxslərə beynəlxalq daşımalara görə ödənişlərdən 6 faiz verginin tutulmasıdır. Beynəlxalq daşıma həyata keçirən rezidentə ödəmələrdən 6 faiz vergi tutulmur. Beləliklə:
- Birinci əməliyyat zamanı "SS" LTD-yə ödənilən 5.000 dollardan 6 faiz vergi tutulmayacaqdır - ona görə ki, daşımanı qeyri-rezident həyata keçirsə də, bu, beynəlxalq daşıma sayılmır: daşımanın başlanğıc və çatdırılma nöqtələri xarici dövlərlərdə yerləşir.
- İkinci əməliyyat zamanı "VV" MMC-yə ödənilən 1.000 dollardan 6 faiz vergi tutulmayacaqdır - ona görə ki, daşımanı rezident həyata keçirmişdir. Onu da qeyd edək ki, "VV" MMC malları Tbilisidən Bakıya kimi də daşımış olduğu halda 6 faiz vergi tutulmur: çünki bunun beynəlxalq daşıma olmasına baxmayaraq, daşımanı rezident həyata keçirmişdir. 6 faiz vergi isə ancaq qeyri-rezidentlərdən tutulur.
- Üçüncü əməliyyat zamanı "NN" LTD-yə ödənilən 1.500 dollardan 6 faiz vergi tutulacaqdır - ona görə ki, daşımanı qeyri-rezident həyata keçirmişdir. Bu, beynəlxalq daşımadır, yəni məntəqənin biri Azərbaycanda, digəri isə xarici dövlətdə yerləşir.
Bundan əlavə, əksər hallarda qeyri-rezident daşıma şirkətləri malları Azərbaycan Respublikasının sərhədində təhvil verirlər. Məsələn, DAF (Azərbaycan sərhədinə qədər göndəriş) və buna analoji olan İNKOTERMS şərtləri əsasında. Belə hallarda 6 faiz vergi tutulmur. Çünki beynəlxalq daşımanın əsas şərtlərindən biri daşımada məntəqələrdən biri kimi Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsinin olmasıdır. Azərbaycan Respublikasında məntəqənin olması üçün artıq mallar səhəddən keçməlidir və Azərbaycan Respublikasında olan konkret məntəqəyə çatdırılmaldır. Odur ki, vergi ödəyiciləri bu məsələlərə diqqətlə yanaşmalıdırlar.
Hazırladı:
Fəxriyyə İKRAMQIZI