Əmək müqaviləsi bağlandıqda...
2020-09-01 | Kadr işi | 3359Əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı əmrin tərtib olunması forması, əmrin məzmunu, əmrin verilməsi tarixləri ilə bağlı suallar yaranır. Mövzuya sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib.
Əmək Məcəlləsinin 81-ci maddəsinin 1-ci bəndinə əsasən, kargüzarlıq işini tənzimləmək məqsədilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər. Həmin maddənin 2-ci bəndində isə göstərilib ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır.
Maddənin açıqlaması aşağıdakı kimi başa düşülməlidir:
- əmək müqaviləsi işəgötürmə əmri ilə rəsmiləşdirilə bilər;
- bunun üçün işəgötürənin istəyi əsas götürülür;
- əmək müqaviləsini əmrlə rəsmiləşdirmək üçün hökmən ilkin olaraq əmək müqaviləsinin özü bağlanmalıdır;
- işəgötürmə əmri kargüzarlıq işinin tənzimlənməsi məqsədi daşıyır, yəni normal kargüzarlıq
- aparan işəgötürən əmək müqaviləsi bağladıqdan sonra rəsmiləşdirmə əmri verilə bilər;
- əmək müqaviləsi bağlamadan əmək münasibətlərinin rəsmiləşdirilməsi qadağandır;
- əmək müqaviləsinin bağlanması üçün əvvəlcədən tapşırıqların verilməsinə görə əmr verilə bilər.
Məsələyə tam aydınlıq gətirmək üçün bir neçə misalı nəzərdən keçirək.
"AA" MMC 1 iyul 2020-ci ildə işçini işə qəbul edib və qaydalara uyğun olaraq işçi ilə əmək müqaviləsi bağlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bildiriş bazasına həmin tarixdə sənəd daxil edilib. Əlavə olaraq 3 iyul 2020-ci ildə işçinin işə qəbulu ilə bağlı əmr imzalanıb. Əmrdə yazılıb ki, işçi 1 iyul 2020-ci il tarixindən işə qəbul olunub.
Bu halda əmr düzgün tərtib edilibmi?
Əmrin tarixi 3 iyul 2020-ci il olsa da, əmr düzgün tərtib olunub və kargüzarlıq baxımından qaydalara uyğundur. Çünki əmək müqaviləsi 1 iyul 2020-ci ildə bağlanıb, bildiriş də həmin tarixdə əldə edilib və əmək müqaviləsi tam qüvvəyə minib. Bu halda, Əmək Məcəlləsinə əsasən, işəgötürənin rəsmiləşdirmə ilə bağlı əmr vermək səlahiyyəti vardır, əmrin verilməsi ilə bağlı isə müddət müəyyənləşdirilməyib. Yəni əmr müqavilənin qüvvəyə mindiyi tarixdə də verə bilər, daha sonra da.
Lakin qarışıqlıq yaranmaması üçün əmrin əmək müqaviləsinin qüvvəyə mindiyi tarixdə verilməsi daha məqsədəuyğundur.
"AA" MMC 1 iyul 2020-ci ildə işçini işə qəbul edib və qaydalara uyğun olaraq işçi ilə əmək müqaviləsi bağlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bildiriş bazasına isə bu barədə bildiriş 3 iyul 2020-ci ildə daxil edilib. Əmr 30 iyun 2020-ci il tarixində verilib və əmrdə yazılıb ki, "işçi ilə əmək müqaviləsi bağlanılsın".
Burada silsilə suallar yaranır: Bu formada əmr vermək düzgündürmü? Bu, Əmək Məcəlləsinin 81.2.-ci maddəsinə zidd deyilmi? Əmrin məzmunu yuxarıdakı açıqlamalarla uyğunsuzluq təşkil etmirmi?
İlkin baxışda belə görünür ki, müqavilə iyulun 1-də bağlanıldığına və iyulun 3-də hüquqi qüvvəyə mindiyinə görə faktiki olaraq əmr də ən azı iyulun 3-də verilməlidir. Ancaq məsələnin məğzi bundan fərqlidir: burada əsas rolu işəgötürən tərəfindən verilən əmrin məzmunu oynayır. Əmək Məcəlləsinin 81.2-ci maddəsində göstərilib ki, əmək müqaviləsi olmadan əmr ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi qadağandır. Məsələn, əmrdə "əmək funksiyalarını yerinə yetirsin və işə başlasın" yazılsaydı, konkret 81.2.-ci maddənin və ümumiyyətlə, Məcəllənin tələbləri pozulmuş olardı. Ancaq 30 iyun 2020-ci ildə verilən əmr tapşırıq kimi verilən bir əmr olduğuna görə MMC rəhbərliyi qanunun heç bir tələbini pozmamışdır.
Fərqanə ALLAHVERDİQIZI