Vergi orqanının sərəncam verməsi
2020-09-23 | Vergilər | 2443Söhbət icra sənədindən gedir
Vergi ödəyicisi vergi öhdəliyini qanunvericilikdə nəzərdə tutulmuş müddətdə yerinə yetirmədikdə vergi orqanı ona hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair bildiriş göndərir. Mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.
Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir:
- vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər 5 gün ərzində ödənilmədikdə;
- vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə;
- məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq;
- vergi ödəyicisinin yazılı razılığı olduqda.
İcra sənədi kimi qəbul edilən sərəncam vergi ödəyicisinin banklarda açdığı bütün hesablarına şamil edildiyinə görə eyni sərəncam vergi ödəyicisinin hesabının olduğu bütün banklara göndərilir. Vergi Məcəlləsinin 65.8 maddəsinə əsasən, borc vergi ödəyicisinin hansısa bir hesabında dondurulduqda və ya hesabdan alındıqda vergi orqanı digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir.
Bu maddəyə əsasən, vergi ödəyicisi bank və ya digər kredit təşkilatına büdcəyə borcunun alınmasını (ödənilməsini) təsdiq edən sənəd təqdim etdikdə, bank alınmış (ödənilmiş) həmin məbləğ həcmində vergi ödəyicisinin vəsaitini hesabda dondurmaqla belə vəsaitlər üzrə sərəncamın icrasını dayandırır.
30 noyabr 2018-ci il tarixində Vergi Məcəlləsinin 65-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, sərəncamın verilməsi vergi ödəyicisinin yalnız məhkəməyə müraciət etməsi nəticəsində yox, Dövlət Vergi Xidmətinin müvafiq qurunmuna şikayət verməklə də təxirə salına bilər.
Digər mühüm dəyişiklik isə sərəncamın bir neçə banka göndərildyi və borcun bunlardan birində ödənildiyi halda digər hesablardakı vəsaitdən istifadə etmək üçün vergi orqanı tərəfindən sərəncamın geri qaytarılmasını gözləmək məcburiyyətinin aradan qaldırılmasıdır.
Tutaq ki, "ABC" şirkətinin iki bankda hesabı var, hər hesabda da 10.000 manat pulu var. Vergi orqanı şirkətin vergilərini yenidən hesablayıb büdcəyə 5.000 manat borcu olduğunu aşkar edir. Sözsüz ki, "ABC" şirkətinin hesabının olduğu banklardan hər birinə borcun alınması haqqında sərəncam göndərilir. Banklardan biri bu sərəncamı icra edir. Əvvəlki qaydaya əsasən, şirkətin hesabının olduğu ikinci bank vergi orqanı tərəfindən sərəncam geri qaytarlmayana qədər ən azı həmin hesab üzrə əməliyyatların dayandırılmasını bloklaşdıracaqdı, çünkü əks halda, Vergi Məcəlləsinin 60.1 maddəsinə əsasən, Mülkü Məcəllənin 965-ci maddəsində nəzərdə tutulmuş pul vəsaitlərin hesabdan silinməsi növbəliliyinin pozulmasına görə maliyyə sanksiyası ilə üzləşə bilərdi. Əksər hallarda, ikinci bank həmin sərəncamı icra edirdi ki, bu da borcun bir neçə dəfə ödənilməsinə gətirib çıxarırdı. Dəyişiklik nəticəsində ikinci bank vergi ödəyicisindən birinci bankda borcun ödənilməsini təsdiq edən sənəd alıb, hesabda olan 5.000 manat vəsaiti bloklaşdıracaq, qalan 5.000 manatla isə vergi ödəyicisi istədiyi əməliyyatı apara biləcək.
Fəxriyyə İKRAMQIZI