Təsisçilərlə borc müqavilələri

2020-12-05 | Hüquq | 3744

Sahibkarları, vergi ödəyicilərini maraqlandıran ən aktual məsələlərdən biri də təsisçilərlə olan borclardır. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Praktikada belə hallar çox olur. Müəssisənin təsisçisi hüquqi şəxsi yaradır və müəyyən məbləğdə nizamnamə kapitalını formalaşdırır. Növbəti mərhələdə müəssisəsinin tam gücü ilə işləməsi üçün fəaliyyət sahəsindən asılı olaraq müəssisəyə çox hallarda maliyyə vəsaiti tələb olunur. Maliyyə vəsaiti, adətən, aşağıdakı mənbələrdən formalaşdırılır:

  • bank kreditləri hesabına;
  • BOKT-ların ayırdığı kreditlərlə;
  • borc müqavilələri ilə borcverənlərlə;
  • müəssisənin təsisçilərinin ayırdığı maliyyə yardımı (əvəzsiz) hesabına;
  • eləcə də təsisçilərlə bağlanılmış borc müqavilələri ilə əldə etdiyi borclar hesabına.

Təcrübədə bu maliyyələşmələrdən ən çox bank kreditləri və təsisçilərin vergi borcu məbləğləri ilə bağlı suallar yaranır.

Vergi ödəyicilərini daha çox maraqlandıran məsələlər bunlardır:

  • Təsisçi borcu hansı valyuta ilə verməlidir?
  • Dollar ilə borcu verə bilərmi?
  • Borc vəsait ancaq kassaya ödənilməlidirmi?
  • Birbaşa bank hesabına borc vəsaiti təsisçi ödəyə bilərmi?
  • Təsisçinin adından başqa bir şəxs borcu kimi məbləği ödəyə bilərmi?
  • Təsisçinin ödəyəcəyi borcu başqa bir şəxs banka ödəyə bilərmi?

Məsələyə tam aydınlıq gətirmək üçün normativ aktlara müraciət edək.

Mülki Məcəllə, maddə 739. Borc müqaviləsi

739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Bundan əlavə, "Valyuta tənzimi haqqında" Qanunda yazılmışdır ki, fiziki şəxs olan rezidentlər özlərinin valyuta vəsaitlərini, o cümlədən Azərbaycan Respublikasında əldə etdikləri vəsaiti müvəkkil banklarda olan valyuta hesablarına sərbəst daxil edə bilərlər.

Maddə 8. Hüquqi şəxs olan rezidentlərin Azərbaycan Respublikasında valyuta əməliyyatları

1. Hüquqi şəxs olan rezidentlər tərəfindən cari valyuta əməliyyatlarının həyata keçirilməsi üçün heç bir məhdudiyyət qoyulmur.

AR Mərkəzi Bankının İdarə Heyətinin 28 noyabr 2016-cı il № 45/1 "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın təsdiq edilməsi barədə qərarında yazılmışdır:

4.1. Rezidentlərin və qeyri-rezidentlərin xarici valyutada olan bank hesablarına nağd və nağdsız qaydada daxil olan xarici valyuta banklar tərəfindən məhdudiyyət olmadan onların hesablarına mədaxil edilir.

Yuxarıda göstərilən müddəalara, həmçinin məsələ ilə bağlı digər normativ aktlara əsaəsn bu qənaətə gəlmək olar:

Təsisçilər təsiçisi olduğu müəssisəsyə borc verə bilər və bu zaman borc müqaviləsi bağlanmalıdır.

Müqavilədə borcu həm milli, həm də xarici valyutada əks etdirmək olar. Yəni təsisçi xarici valyutada borc verə bilər. Bundan əlavə, təsisçi borcu birbaşa özü müəssisənin bank hesabına və ya kassasına mədaxil edə bilər.

Misal 1:

Tutaq ki, "AA" MMC-nin təsisçisi iki fiziki şəxsdir. Onlardan biri 100.000 manat, ikincisi isə 50.000 dollar həcmində borc müqaviləsi bağlamışdır.

Sual: Təsisçilər vəsaiti necə ödəyə bilər və MMC təsisçilərə borcu necə qaytarmalıdır?

Hər iki təsisçi vəsaiti birbaşa kassaya və ya bank hesabına özü ödəyə bilər. Eləcə də hər iki təsisçi etibarnamə və ya qəbul etdiyi qərar əsasında verdiyi borc vəsaitlərini təsisçilərin adından başqa bir şəxs ödəyə bilər.

Təsisçilərə borclar qaytarılanda milli valyuta ilə - manatla ödənilməlidir. Bankla ödənildikdə bank 50.000 dolları təsisçiyə xarici valyutada qaytarmayacaqdır. Belə ki, qüvvədə olan hüquqi tələblərə görə rezidentlərin xarici valyutada olan əməliyyatlarına müəyyən məhdudiyyətlər vardır. Yəni rezidentlərin xarici valyuta ilə aparılan əməliyyatlarnın sırasında rezidentlərə ödənişlərin aparılması yoxdur.

Bu tələb vəsaitin kassadan geri qaytarılmasına da aiddir.

Misal 2:

Tutaq ki, "AA" MMC-yə ödənilən 50.000 manatlıq borcu təsisçi yox, başqa bir şəxs ödəmişdir. Amma təsisçi ilə borc müqaviləsi bağlanmışdır.

Sual: Bu halda rəsmiləşdirmə düzgündürmü?

Təsisçi ilə borc müqaviləsinin bağlandığına baxmayaraq, faktiki olaraq borcun başqa şəxsin adından ödənildiyini sübüt edən heç bir sənəd mövcud deyildir.

Təcrübədə təsisçilər vəsaiti kiməsə verirlər və onlar vəsaiti banka birbaşa ödəyirlər. Bu zaman ödəniş qəbzlərində təsisçinin adı deyil, vəsaiti ödəyən şəxsin adı görünür. Ona görə də vəsaiti təsisçinin adından kim ödəyəcəkdirsə, həmin şəxsin adı ya borc müqaviləsində, ya etibarnamədə, ya da təsisçinin qərarında qeyd olunmalıdır.

Yaxşı olardı ki, borc müqavilələrində faizlər də əks olunsun. Əks halda, vergi orqanları yoxlamalar və nəzarət tədbirləri zamanı faizlər və buna uyğun olaraq da vergilər hesablaya bilərlər.

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/economy/10348.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!