Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi
2021-03-22 | Vergilər | 2108Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatları ilə analoji məlumatları arasında fərq zəminində yaranan suallara iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.
Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün konkret meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir.
Analoji məlumatın əlaqəli məlumatdan fərqi odur ki, vergi orqanı həmin vergi ödəyicisinin özü ilə bağlı məlumatdan yox, oxşar fəaliyyəti həyata keçirən vergi ödəyicisinin məlumatlarından digər şəxsin vergi öhdəliyinin müəyyən edilməsində istifadə edə bilər.
Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün meyarlardan biri maddəsində eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalıdır (Maddə 67.2.1).
Eyni xüsusiyyətli mallar dedikdə tərkibi eyni olan məhsullar başa düşülür. Misal üçün, vergi ödəyicisinin təqdim etdiyi yuyucu tozun oxşarını digər vergi ödəyicisi də istehsal edir və ya satır.
Eyni cinsli mallar dedikdə isə eyni mallar başa düşülür. Misal üçün, “A” vergi ödəyicisinin təqdim etdiyi meyvə şirəsininin satışını “B” vergi ödəyicisi də həyata keçirir.
Vergi orqanı müəyyən edir ki, tum istehsalı ilə məşğul olan vergi ödəyicisi satışın rəsmiləşdirilməsini həyata keçirməyib. Bu halda vergi orqanı oxşar fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatlarına istinad edir: 100 qramlıq tumun satış qiyməti 0,50 manatdır. Həmin qiymət vergi ödəyicisinin vergi öhdəliyinin hesablanmasında analoji məlumat kimi istifadə oluna bilər.
Daha bir meyar eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsidir (Maddə 67.2.2.).
Vergi ödəyicisi mühasibatlıq sahəsi üzrə kurslar təşkil etsə də, fəaliyyətin uçotunu aparmayıb. Bu halda, vergi orqanı kursun xüsusiyyətinə görə (ACCA, İFRS, vergi imtahalarına hazırılıq, mühasibat uçotunun öyrədilməsi və s.) analoji fəaliyyətlərlə məşğul olan vergi ödəyicilərinin təqdim etdiyi qiymətləri müəyyənləşdirir. Digər kursların təqdim etdiyi qiymətlər vergi orqanı tərəfindən analoji məlumatlar əsasında verginin hesablanmasına əsas ola bilər.
Vergi Məcəlləsində müəyyənləşdirilmiş meyarlardan biri də fəaliyyət göstərilən ərazidir (Maddə 67.2.3.) .
Sədərək ticarət mərkəzində xırdavat məhsullarının satışını həyata keçirən və ya Sumqayıtda mühasibat kursları təqdim edən vergi ödəyicisi üçün analoji məlumatlardan istifadə etdikdə, vergi ödəyicilərinin fəaliyyət göstərdiyi ərazilərin uyğun olmasına diqqət yetirilməlidir. Vergi orqanı Sumqayıtda fəaliyyət göstərən vergi ödəyicisi üçün Bakı şəhərinin Səbail və ya Nəsimi rayonlarında oxşar fəaliyyət üzrə malları təqdim edən və ya xidmətlər göstərən vergi ödəyicisinin analoji məlumatlarına istinad etməməlidir.
Fəxriyyə İKRAMQIZI