Aksizlər
2021-09-08 | Vergilər | 1621İqtisadi mahiyyətinə görə aksizlər bir tərəfdən yüksək rentabelli məhsul istehsalından əldə edilən əlavə mənfəətin bir hissəsinin dövlət büdcəsinə tutulması, digər tərəfdən isə sosial cəhətdən zərərli malların istehlakının məhdudlaşdırılması məqsədilə tətbiq edilir. Aksizlərlə bağlı vergi ödəyicilərində sual doğuran məsələləri iqtisadçı ekspert Radil Fətullayev şərh edir.
Aksiz ödəyiciləri sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik deyillər. Ölkəmizdə aksizli malların istehsalı və ya idxalı ilə məşğul olan bütün müəssisələr və fiziki şəxslər, ölkənin hüdudlarından kənarda bilavasitə özü və ya podratçı vergi vasitəsilə aksizli malları, istehsal edən və istehsal etdiyi yerdə vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentləri aksizin ödəyiciləridir. Həmçinin aksizli mallar sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində istehsal edildiyi hallarda, malların istehsalçısı (podratçı) aksizin ödəyicisidir. Bu halda istehsalçı (podratçı) aksiz məbləğlərini sifarişçidən almalıdır. Aksizli malların istehsalçısı və sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər olduqda isə malın sahibi (sifarişçi) aksizin ödəyicisidir. Vergi Məcəlləsinin 190.1-ci maddəsinə əsasən, aksizli mallara içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri, tütün məmulatları, neft məhsulları, minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla), istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr, idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, idxal olunan xəz-dəri məmulatları, energetik içkilər, avtobuslar (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla) aiddir. Bunlardan əlavə, elektron siqaretlər üçün maye istehsal edən müəssisələr də aksiz vergisinin ödəyiciləridir .
Aksiz bəyannaməsi hər ay üçün növbəti ayın 20-ə qədər təqdim edilməlidir. Hesablanmış vergi məbləği də həmin tarixə qədər büdcəyə ödənilməlidir. Aksiz ilə alınmış mallar aksizli malların istehsalı üçün istifadə edildikdə kənar təşkilatlara ödənmiş aksiz məbləği büdcədən əvəzləşdirilə bilər.
Misal: Müəssisə araq istehsal etmək üçün kənar təşkilatdan aksiz vergisi və ƏDV ilə birlikdə 1000 litr içməli spirt almış, bunun üçün kənar təşkilata 10.030 manat (ƏDV və aksiz daxil) ödəniş etmişdir. Spirtin 1 litri üçün aksiz vergisinin 3,20 manat olduğunu nəzərə alsaq:
10.030/1,18 = 8.500 manat 1000 x 3,2 = 3.200 manat (aksiz)
8.500 x 18% = 1.530 manat (ƏDV)
5300 + 1.000x3,20 = 8.500 manat (aksizlə birgə)
8.500 +8.500 x 18% = 10.030
Alınmış içməli spirt tam həcmdə istifadə olunaraq 2.200 litr araq istehsal edilmişdir. Arağın maya dəyəri 12.500 manat olmuş və istehsal olunan məhsul istehsal binasının hüdudlarından kənara çıxarılmışdır.
Araq üçün aksiz 1litr = 3,20 manat olduğunu nəzərə alsaq,
2.200 x 3,20 = 7.040 manat; büdcəyə ödənilməli olan aksiz vergisinin məbləği:
7.040-3.200=3840 manat.
Vergi Məcəlləsinin 188.1-ci maddəsinə əsasən, aşağıda göstərilənlər aksizdən azad edilir:
• fiziki şəxsin fərdi istehlakı üçün 1,5 litr alkoqollu içkinin, 200 ədəd siqaretin, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq;
• Azərbaycan Respublikası ərazisindən tranzitlə daşınan mallar;
• Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 192-ci və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda malların Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxalı;
• Azərbaycan Respublikası Mərkəzi Bankının aktivlərində yerləşdirilmək üçün idxal olunan platin, qızıl və emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilmək üçün idxal olunan qızıl;
• müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar idxal edilən mallar.
Bu Məcəllənin 188.1-ci maddəsində göstərilən aksizdən azadolmalar yalnız gömrük rüsumlarından azadolmaların şərtlərinin yerinə yetirildiyi zaman tətbiq edilir. Əgər gömrük rüsumu tutulması məqsədləri üçün idxal rüsumun geri qaytarılması rejiminin təsiri altına düşürsə və ya azadolmanın şərtləri pozulduğu üçün gömrük rüsumunun ödənilməsi tələb edilirsə, həmin rejim aksizin tutulmasına da tətbiq olunur.
Aksizin uçotu ƏDV-nin uçotu kimi aparılır. Lakin ƏDV-dən fərqli olaraq aksiz konkret mallara tətbiq edilir.
Misal: Fərz edək ki, energetik içkinin istehsal edən müəssisə ay ərzində 5.000 litr içki istehsal edib və içkinin 1 litrinin maya dəyəri 0,15 manat olub. Məhsulun yarısı (2.500 litr) satış məqsədilə istehsal binasından kənara çıxarılıb. 1 litrin topdansatış qiyməti 4 manat müəyyənləşdirilib. Energetik içki üçün aksiz dərəcəsinin 1 litr=3,1 manat olduğunu nəzərə alsaq, dövr ərzində bazara çıxarılan məhsula aksiz aşağıdakı qaydada hesablanaraq büdcəyə ödənilir:
Satışa çıxarılan məhsulun maya dəyəri = 2.500litr x 0,15 manat = 375 manat;
Məhsulun satış dəyəri = 2.500 litrx4 manat = 10.000 manat;
Aksiz = 2.500 litrx3,1 manat=7750 manat.