ƏDV üzrə öhdəlik hansı məbləğə görə yaranır?
2021-09-09 | Vergilər | 1795Bəzən mühasiblər əlavə dəyər vergisi (ƏDV üzrə) öhdəliyinin əsas məbləğə, yoxsa ƏDV depozit hesabına daxil olan məbləğə görə yarandığı barədə sual verirlər. Suala İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə aydınlıq gətirir.
Vergi Məcəlləsinin 166.7 maddəsinə əsasən, ödəmə dedikdə təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Buradan aydın olur ki, ƏDV üzrə öhdəlik, ƏDV depozit hesabına daxil olan məbləğə görə deyil, əsas məbləğə görə yaranır.
Misal 1: Tutaq ki, “A” MMC-nin müştərisindən bank hesabına 1.000 manat, ƏDV depozit hesabına 360 manat pul vəsaiti mədaxil olmuşdur. Bu zaman vergi ödəyicisinin 180 manat (1000*18%=180) ƏDV öhdəliyi yaranır.
Misal 2: Müəssisənin digər müştərisi alınmış mallara görə ƏDV depozit hesabına 540 manat ödəsə də, əsas məbləği ödəməmişdir. Bu zaman müəssisənin heç bir ƏDV öhdəliyi olmayacaqdır.
Misal 3: Üçüncü müştəri alınmış mallara görə 2.000 manat əsas məbləği bank hesabına ödəmiş, ƏDV məbləğini isə ƏDV depozit hesabına ödəməmişdir. Bu zaman müəssisənin əsas məbləğə görə 360 manat (2000*18%=360) ƏDV öhdəliyi yaranacaqdır.
Vergi Məcəlləsinin 58.6-cı maddəsində göstərilir ki, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.