Əmlakı icarəyə verən fiziki şəxslərin gəlirlərinin icbari tibbi sığortaya cəlb olunması

2021-09-10 | Vergilər | 1685

Dövlət Vergi Xidməti bildirir ki, Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı hər ay üçün hesablanır və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.

Əmlakın icarəyə verilməsindən gəlir əldə edən fiziki şəxslərin həmin gəlirləri qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aid edildiyindən, fiziki şəxslərin icbari tibbi sığorta haqqı ödəməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Əsaslandırma: Vergi Məcəlləsinin 99.3.3-cü maddəsi, Tibbi sığorta haqqında qanunun 15-2-ci, 15-10.1.3-cü, 15-11.4-cü maddələri.

Mənbə: https://vergiler.az/news/taxes/14613.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!