Elektron qaimə-faktura ilə bağlı texniki səhvlər olduqda, hansı addımlar atılmalıdır?
2021-09-10 | Vergilər | 1874Təcrübədə elektron qaimə-fakturanın silinməsi, düzəliş edilməsi və s. texniki məsələlərlə bağlı rast gəlinən sualları ümümiləşdirirək aşağıdakıları bildirmək istəyirik.
Birinci məqam. Vergi ödəyicisi elektron qaimə-fakturanı 5 gün ərzində təsdiqləməsə avtomatik təsdiqlənəcək.
Mİsal. Vergi ödəyicisinin 4 fevral 2021-ci il tarixdə təqdim etdiyi qaimə-faktura 09 fevral 2021-ci il tarixdə avtomatik olaraq təsdiqlənir.
5 gün ərzində təsdiqlənmədiyi dövrdə elektron qaimə-faktura ilə bağlı aşağıdakı əməliyyatlar həyata keçirilir:
- Elektron qaimə-fakturanı göndərən tərəf sənədi qarşı tərəfdən icazə almadan ləğv edə bilər;
- Elektron qaimə-fakturanı qəbul etməli şəxs təsdiq etmədən, həmin sənədi düzəlişə göndərə bilər. Bununla da həmin sənəd qəbul edilməmiş hesab olunacaq.
İkinci məqam. Vergi ödəyicisi elektron qaimə-fakturanı təsdiq edirsə və ya 5 gün tamam olduqda təsdiqlənərsə, bəzi məhdudiyyətlər yaranır.
Təsdiq edilən elektron qaimə-fakturanın üzərində aşağıdakı əməliyyatları aparmaq mümkün olmur:
- Elektron qaimə-fakturanı göndərən şəxs elektron qaimə-fakturanı ləğv etməsi üçün qarşı tərəfdən razılıq almalıdır;
- Sənədi qəbul edən vergi ödəyicisi elektron qaimə-fakturanı qarşı tərəf üçün düzəlişə göndərə bilməz.
Üçüncü məqam. Vergi ödəyicisi sənədi təsdiq etdikdən sonra əməliyyatlar hər iki tərəfin iştirakı ilə həyata keçirilməlidir.
Mİsal. Vergi ödəyicisi elektron qaimə-fakturanın göndərilməsindən 5 gün müddət keçdikdən sonra müəyyən edir ki, həmin sənəd səhvən ona göndərilib. Bu zaman vergi ödəyicisi sənədə düzəlişə göndərə bilmədiyi üçün qarşı tərəfə müraciət etməlidir ki, həmin şəxs elektron qaimə-fakturanının ləğv olunması ilə bağlı müraciət göndərsin.
Fikrimizcə, vergi orqanı bu proseslə bağlı müəyyən təkmilləşdirmə aparmalıdır. Mümkündür ki, topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi malların təqdim edilməsi zamanı sənədləşmə ilə bağlı problemlərlə üzləşdiyi üçün fərqli vergi ödəyicilərinə elektron qaimə-faktura göndərsin. Fəaliyyətini müvəqqəti dayandıran vergi ödəyiciləri də elektron qaimə-faktura ilə bağlı prosesi izləmədiyi üçün, həmin mallar vergi ödəyicisinin sahibliyində əks olunacaq.
Digər halda mümkündür ki, vergi ödəyicisi ona səhvən göndərilən elektron qaimə-fakturanın sahibinin əlaqə vasitələrini tapmaqda problemlərlə rastlaşsın.
Digər problem təsdiq olunan elektron qaimə-fakturanın üzərində düzəlişlərin həyata keçirilməsidir. Qeyd etdiyimiz kimi, elektron qaimə-fakturanı qəbul edən şəxs düzəlişlər həyata keçirə bilmir. Göndərən şəxs isə, malların sayı və ya qiymətində düzəlişə ehtiyac olduğu halda, qarşı tərəfə elektron qaimə-fakturanı düzəlişə göndərə bilər.