Xitamla bağlı əmrdə hər hansı səhv onun etibarsız hesab edilməsinə səbəb ola bilər?
2021-09-13 | Kadr işi | 2644Əmək Məcəlləsinin 84-cü maddəsinin ikinci hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
Mİsal 1. İşçi məhkəməyə müraciət edərək bildirir ki, işəgötürən əmək müqaviləsinə xitamla bağlı əmrdə müəssisənin hüquqi ünvanını qeyd etməyib. Fikrimizcə, bu zaman əmək mübahisəsinə baxan məhkəmə əmək müqaviləsinə xitamla bağlı əmri etibarsız hesab etməyəcək.
Mİsal 2. İşəgötürən işçinin əmək müqaviləsinə xitam zamanı istinad olunan maddəni qeyd etməyib. İşçi həmin təşkilatda əlavə iş yeri olaraq çalışdığı üçün əmək kitabçasına da malik olmayıb. Mümkündür ki, müvafiq araşdırmalardan sonra işəgötürənin əmək müqaviləsinə xitamla bağlı əmri etibarsız hesab edilsin.
Amma bir məsələni də nəzərə almaq lazımdır ki, əvvəllər işçilərlə əmək münasibətlərinin yaranmasının və xitamının rəsmiləşdirilməsi yalnız kağız formada həyata keçirildiyindən fərdi əmək mübahisələri zamanı əmrə olan tələblər əsas götürülürdü. Mümkündür ki, işəgötürən işçinin əmək müqaviləsinə xitam verilməsi əmrində xitama əsas verən maddəni qeyd etməsin, amma əmək müqaviləsi ilə bağlı elektron informasiya sistemində xitam maddəsini düzgün qeyd etsin. Bu halda məhkəmə orqanının fərqli yanaşması da mümkündür.