İşçilərin sayı və ya ştatların ixtisar edilməsinə zamanı hansı işçiləri azad etmək olmaz.

2022-05-17 | Kadr işi | 2051

İşəgötürən, işçilərin sayının və ya ştatların ixtisar edilməsi qərarına gələ bilər, və belə olduqda ştat cədvəlindən kənarda qalan işçilər işdən azad edilir.

Lakin, əmək qanunvericiliyinə görə işçilərin sayının və ya ştatların ixtisar edilməsi zamanı bəzi işçilərin ixtisarı qadağandır:

  • hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;
  • yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;
  • əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;
  • işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;
  • həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;
  • öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin;
  • məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Lakin, bu hallar müəssisənin ləğv edilməsimüddətli əmək müqaviləsi vaxtının bitməsi səbəbindən əmək müqaviləsinə xitam verilməsi zamanı nəzərə alınmır.

Bundan başqa, müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.

Qanunvericilik:

AR Əmək Məcəlləsi, Maddələr: 79

Əlilliyi olan şəxslərin hüquqları haqqında AR Qanunu

Mənbə:

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!