Mənzil alarkən ƏDV-nin bir hissəsi geri qaytarılır: şərtlər, qaydalar

2023-11-03 | Vergilər | 4048

Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq, qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.

Qeyd olunanlarla bağlı qanunvericiliyin tələblərini “vergiler.az”a şərh edən iqtisadçı ekspert Radil Fətullayev bildirib ki, “ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndirilməsi iqtisadiyyatın müxtəlif sahələrində müsbət dəyişikliklərə səbəb olur: “Məcəlləyə əsasən, vətəndaşlar yaşayış və ya qeyri-yaşayış sahəsi alan zaman həmin əmlakın dəyərinə uyğun olaraq ödənilən ƏDV məbləğinin 30 faizini geri qaytarmaq hüququna malikdirlər. Belə bir sistemin tətbiqinin, əlbəttə ki, ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyəti vardır. Artıq 2020-ci ildən başlayaraq “ƏDV geri al” layihəsi həyata keçirilir. Ticarət sektorunda, tibbi və digər xidmət sahələrində bu layihənin tətbiq olunması iqtisadi münasibətlərdə şəffaflığın artmasına və “kölgə iqtisadiyyatı”nın azalmasına ciddi təsir göstərib. Məlumdur ki, tikinti sektorunda da “kölgə iqtisadiyyatı”na meyillər müşahidə olunur. Bunun da müəyyən obyektiv və subyektiv səbəbləri var. Məsələn, tikinti şirkətləri, təəssüflər olsun ki, yerlərdən tikinti materialları alan zaman onları rəsmiləşdirə bilmirlər. Tutaq ki, rayonlardan qum, çınqıl, şebel alarkən həmin malların rəsmiləşdirilməsi çox çətin olur. Artıq son dövrdə bu sektorda da xeyli irəliləyişlər əldə olunub, məhz “ƏDV geri al” layihəsinin tətbiq edilməsi tikinti sektorunun inkişafına ciddi təsir edəcək, qısa müddətdə şəffaflaşmaya gətirib çıxaracaq”.

Təzə mənzil vətəndaşa “ikinci əl” kimi satılır

R.Fətullayev bu istiqamətdə aparılan işlərə baxmayaraq, tikinti şirkətlərinin vətəndaşların məlumatsızlığından istifadə edərək satışları rəsmiləşdirməkdən yayındıqlarını bildirib, paytaxtda yalnız bir neçə şirkətin yaşayış və qeyri-yaşayış sahələrini satarkən onu rəsmiləşdirdiyini, ƏDV-nin geri qaytarılmasına imkan yaratdığını deyib: “Araşdırmalar göstərir ki, bəzi tikinti şirkətləri məhz geri qaytarılan ƏDV məbləğindən istifadə etmək üçün mənzilləri, ilk olaraq, öz yaxın adamlarına “satırlar” və bu zaman ƏDV-nin geri qaytarılan hissəsini özləri əldə edirlər. Sonra həmin mənzilləri təkrar satışa çıxararaq vətəndaşlara “ikinci əl” kimi tədqim edirlər, bununla da istehlakçıları “ƏDV geri al” layihəsindən məhrum etmiş olurlar. Aldanmamaq üçün istehlakçıların bundan məlumatlı olması çox vacibdir. Eyni zamanda, elektron resusrlardan istifadə vərdişlərinin artırılması da önəmlidir. Bu sahədə bacarıqları zəif olan vətəndaşlar mənzil alarkən ödədikləri vəsaitə görə ƏDV-nin bir hissəsini geri almaqdan məhrum olurlar”.

ƏDV-nin 30%-ni necə geri alaq?

Suala aydınlıq gətirən ekspert bildirib ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsinin tətbiqi ilə əlaqədar 2022-ci ildə “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin nağdsız qaydada alınmış yaşayış və qeyri yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydaları” təsdiq edilib. Həmin qaydalara əsasən, fiziki şəxs eyni binadan bir neçə yaşayış və qeyri-yaşayış sahəsi alarkən ümumilikdə 1000 kvadratmetr sahəyə görə ödədiyi ƏDV-nin bir hissəsinin geri qaytarılması hüququna malikdir. Yəni, 500 kvadrtametr ayrıca yaşayış sahəsinə görə, 500 kvadratmetr isə qeyri-yaşayış sahəsinə görə vəsaiti geri almaq mümkündür. Ancaq bu qayda müxtəlif binalardan mənzil və qeyri-yaşayış sahəsi alınmasına aid deyil.

R.Fətullayev vətəndaşın mənzil alarkən ƏDV-nin bir hissəsinin geri alması prosesini də izah edib. Onun sözlərinə görə, bu zaman alınan mənzilin və ya qeyri-yaşayış sahəsinin dəyərinin tam şəkildə və qeyri-nağd formada ödənilməsi mütləqdir: “Qaydalarda göstərilib ki, tikinti şirkətlərindən mənzil və ya qeyri-yaşayış sahəsi alan fiziki şəxs, ilk növbədə, https://new.e-taxes.gov.az/etaxes/ elektron portalında qeydiyyatdan keçməlidir. Bunun üçün şəxsin şəxsiyyət vəsiqəsinin FİN kodu və telefon nömrəsini qeyd etməsi kifayətdir. Qeydiyyatdan keçdikdən sonra burada onun şəxsi kabineti açılır və özünə aid bütün məlumatları izləyə bilir. Fiziki şəxs portalda mənzil tikintisi ilə bağlı “ƏDV geri al” bölməsinə daxil olaraq müraciət edə bilər. Yeni mənzilə görə ödəniş tam şəkildə edildikdən sonra ƏDV-nin bir hissəsi geri qaytarıla bilər. Bunun üçün öncə tikinti şirkətinə müraciət olunmalıdır. Burada tikinti şirkətinin üzərinə düşən bəzi məsələlər də vardır. Belə ki, mənzil satan tikinti şirkəti yalnız o halda ƏDV-nin əvəzləşmə prosesini apara bilir ki, həmin bina Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində qeydiyyata alınsın. Əks halda, şirkətlər alınan sahələrə görə vətəndaşlara elektron qaimə-faktura təqdim edə bilmir. Qaydalara əsasən, mənzil və ya qeyri-yaşayış sahəsi satılarkən tikinti şirkəti fiziki şəxsə elektron qaimə-faktura göndərilməlidir, əks halda həmin satışın rəsmiləşdirilməsi mümkün olmur. Nəticədə vətəndaş ödədiyi ƏDV-nin bir hissəsini geri almaq hüququndan məhrum edilir”.

Hansı müddətdə məbləğ geri qayıdır?

R.Fətullayevin sözlərinə görə, bina Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində qeydiyyata alınarsa, alğı-satqı prosesi də asanlaşar. Real vaxt rejimində elektron-qaimə-faktura vətəndaşa portal vasitəsilə göndərilir. Onun detalları razılaşdırılır və fiziki şəxs sənədi təsdiq edir. Bundan sonra ödəniş mərhələsinə keçid edə bilər, bu zaman vətəndaşlara 3 seçim imkanı verilir. Fiziki şəxslər məbləği hansısa müvəkkil bank, elektron hökumət portalı və ya notarius vasitəsilə ödəyə bilərlər. Ödəniş həyata keçirildikdən sonra 90 gün müddətində vətəndaş həmin elektron portal vasitəsilə ƏDV-nin bir hissəsinin geri qaytarılması üçün müraciət edə bilər. Bu zaman ödənişi təsdiq edən sənədi və alğı-satqı müqaviləsini portalda xüsusi hissəyə yükləməlidir. Vergi orqanı 10 iş günü ərzində vətəndaşa cavab verməlidir, əgər sənədlərdə problem olmazsa, ödənilmiş ƏDV-nin 30 faizi şəxsin bank hesabına geri qaytarılır.

Qeyd edək ki, bəzi hallarda qarşılıqlı razılıq əsasında alıcılar mənzilin və ya qeyri-yaşayış sahəsinin dəyərini hissə-hissə ödəyirlər. Bu zaman portalda həmin elektron qaimə-fakturalar ayrılıqda əks olunmalı, müvafiq sənədlərə əsasən ödənişlər reallaşmalıdır. Alınan əmlakın dəyəri tam şəkildə ödənildikdən sonra ƏDV-nin geri qaytarılması mümkün olacaqdır.

Fərqanə SƏDİROVA

Mənbə: https://vergiler.az/news/taxes/26610.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!