İcra sənədinə əsasən hesablamaların həyata keçirilməsində diqqət olunmalı əsas məqamlar.

2024-05-26 | Kadr işi | 5529

İcra sənədinə əsasən hesablamaların həyata keçirilməsində diqqət olunmalı əsas məqamlar. Mövzuya Fresh Logistics MMC-nin İnsan Resursları Departament Rəhbəri Mürsəliyev Hikmət aydınlıq gətirib.

İcra orqanı tərəfindən müəssisələrə ünvanlanan sənədlərin əsasları müxtəli ola bilər. Təcrübəmizdə isə ən çox rastlanan hallar aliment və bank icra sənədlərinə əsasən tutulmalardır. İlk olaraq qeyd etmək istərdim ki, icra sənədi tərəfimizə təqdim olunduqda sənədin doğruluğunu yoxlamaq üçün İcra Haqqında Qanunun maddələrinə əsasən sənədi nəzərdən keçirmək mütləqdir. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

Müəssiələrimizdə ən çox rastlanan tutulma hallarına (aliment və bank) ayrı-ayrılıqda baxaq.

Aliment hesablanması zamanı tutulmalar hansı şəkildə olmalıdır?

Bəzi əmək haqqı hesablayan əməkdaşlar alimentin bütün vergilərdən azad olduğunu bildirir. Aliment məbləğini NET əmək haqqı üzərindən hesablayır. Bildirmək istəyirəm ki, aliment gross (vergi daxil) əmək haqqından gəlir vergisi tutulduqdan sonra qalan məbləğ üzərindən hesablanır.

Misal, dövlət müəssisəsində işləyən və 1000 manat (gross) əmək haqqı alan işçi üçün 25% aliment tutulması ilə bağlı icra sənədi gəlmişdir. İşə götürən hansı hesablamanı həyata keçirməlidir?

Gəlir vergisi: (1000-200) * 14 = 112

Aliment məbləği: (1000 - 112) * 25% = 222

Digər tutulmalar isə Gəlir vergisi və Aliment məbləği çıxıldıqdan sonra qalan məbləğ üzərindən edilir.

Vergiyə cəlb olunan məbləğ: 1000 - (112 + 222) = 666

DSMF: 666 * 3% = 19.98

İşsizlik: 666 * 0.5% = 3.33

İTSH: 666 * 2% = 13.32

Ələ çatan yekun əmək haqqı məbləği:

1000 - 222 - (13.32 + 3.33 + 19.98 + 112) = 629.37 manat

QEYD 1: Özəl müəssisələrdə gəlir vergisinə cəlb olunma halı çox az olduğundan hesablanma daha rahat olur.

QEYD 2: Bəzi əməkdaşların bu məsələyə səhv yanaşmasının əsas səbəbi "Vergi tutulmaları" ilə "İcbari ödəniş tutulmaları" anlayışlarının fərqli anlayışlar olmasını bilməməsidir.

Bank icra sənədi hesablanması zamanı tutulmalar hansı şəkildə olmalıdır?

Aliment tutulmasından fərqli olaraq bankdan gələn icra sənədinə əsasən tutulmalar edərkən hesablamalar gross yox net əmək haqqı məbləği nəzərə alınır.

Misal, dövlət müəssisəsində işləyən və 1000 manat (gross) əmək haqqı alan əməkdaş üçün 40% bank tutulması ilə bağlı icra sənədi gəlmişdir. İşə götürən hansı hesablamanı həyata keçirməlidir?

Gəlir vergisi: (1000 - 200) * 14 = 112

DSMF: 1000 * 3% = 30

İşsizlik: 1000 * 0.5% = 5

İTSH: 1000 * 2% = 20

Ələ çatan yekun əmək haqqı məbləği:

1000 - (112 + 30 + 5 + 20) = 833 manat

İcra sənədinə əsasən tutulma məbləği: 833 * 40% = 333.20 manat

Mənbə:

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!