Köhnə (ənənəvi) ikirəqəmli hesablar planının tətbiqi ləğv edilib

2016-05-10 | Mühasibat uçotu | 9509

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Q-03 nömrəli 03 fevral 2016-cı il tarixli Qərarı ilə təsdiq olunmuş yeni «Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması Qaydaları» köhnə (ənənəvi) hesablar planının tətbiqini praktik olaraq ləğv etdi. Yeni Qaydaların təsdiqi ilə əlaqədar ləğv edilmiş əvvəlki «Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması Qaydaları»nda (Azərbaycan Respublikası Maliyyə Nazirliyi, 13 yanvar 2009-cu il, Əmr İ-06) köhnə (ənənəvi) hesablar planının demək olar ki, tam oxşarı olan ikirəqəmli «Müəssisələrin mühasibat uçotunun hesablar planı»ndan istifadə olunması nəzərdə tutulmuşdu.

Əvvəlki qaydalara görə, kiçik sahibkarlıq subyektləri iki hissəyə bölünmüşdü. Bunlardan biri sadələşdirilmiş vergi ödəyicisi olan, digəri isə sadələşdirilmiş vergi ödəyicisi olmayan kiçik sahibkarlıq subyektləri kimi nəzərdə tutulmuşdu. Sadələşdirilmiş vergi ödəyicisi olan kiçik sahibkarlıq subyektləri öz fəaliyyətlərinin uçotunu «Kiçik sahibkarlıq subyektlərinin təsərrüfat əməliyyatlarının uçotu kitabı»nda aparması (yəni hər hansı hesablar planını tətbiq etmədən həyata keçirmək), sadələşdirilmiş vergi ödəyicisi olmayan kiçik sahibkarlıq subyektləri isə mühasibat uçotunu həmin Qaydalarla müəyyən edilmiş «Müəssisələrin mühasibat uçotunun hesablar planı»na uyğun aparması nəzərdə tutulmuşdu. Yəni əvvəlki Qaydalara görə, kiçik sahibkarlıq subyektləri kateqoriyasına aid edilən elə şəxslər ola bilərdi ki, sadələşdirilmiş vergitutma sistemini tətbiq etməkdən imtina etsin və ya onların sadələşdirilmiş vergitutma sistemini tətbiq etmək hüququ yaranmasın, belə halda həmin şəxslər əvvəlki Qaydalarda göstərilən ikirəqəmli hesablar planından istifadə etməli idilər.

Yeni Qaydalarda isə «kiçik sahibkarlıq subyektləri» anlayışı Vergi Məcəlləsindəki «sadələşdirilmiş vergi ödəyiciləri» anlayışı ilə əlaqələndirilməyib və Qaydalarda nəzərdə tutulan tələblər demək olar ki, kommersiya təşkilatları üçün milli mühasibat uçotu standartlarının tələblərinə uyğunlaşdırılmış formadadır. Lakin maliyyə informasiyalarının əks etdirilməsi baxımından yeni Qaydalarda tərtib olunması nəzərdə tutulan mühasibat registrlərindəki məlumatlar əsasında sadələşdirilmiş vergi bəyannaməsinin və ya mənfəət vergisi bəyannaməsinin 1¹-li Əlavəsinin tərtib olunması tam asanlaşacaqdır.

Əsas yenilik ondan ibarətdir ki, yeni Qaydalarda ümumiyyətlə hər hansı hesablar planının mütləq tətbiq olunması nəzərdə tutulmur. Kiçik sahibkarlıq subyekti tərəfindən, sadəcə olaraq, 3 formada mühasibat uçotu registrlərinin, yəni «Kiçik sahibkarlıq subyektlərinin aktivlərinin hərəkəti üzrə cədvəl»in, «Kiçik sahibkarlıq subyektlərinin öhdəliklərinin hərəkəti üzrə cədvəl»in və «Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması kitabı»nın tərtib olunması kifayət edir. Həmçinin, əvvəlki Qaydalar kiçik sahibkarlıq subyektləri tərəfindən «Müəssisə balansı (əlavə 1)», «Maliyyə nəticələri və onların istifadəsi haqqında hesabat (əlavə 2)» və «Müəssisə balansına əlavə (əlavə 3)» kimi maliyyə hesabatlarının tərtib edilməsini nəzərdə tutmasına baxmayaraq, yeni Qaydalarda hər hansı xüsusi formalı maliyyə hesabatlarının tərtib olunması nəzərdə tutulmayıb. Yəni mühasibat uçotunda həmin maliyyə hesabatları formalarının da tərtib olunmasına son qoyuldu. Digər bir maraqlı məqam ondan ibarətdir ki, yeni Qaydaların tətbiqi ikirəqəmli hesablar planı əsasında uçot aparılması nəzərdə tutulan 1C mühasibat proqramından istifadəni əhəmiyyətsiz edir.

Belə nəticəyə gəlmək olar ki, yeni Qaydalar mühasiblərin birmənalı olaraq köhnə hesablar planının tətbiqindən imtina etməsinə gətirib çıxaracaqdır. Araşdırmalar da onu göstərirdi ki, köhnə hesablar planının strukturu və maliyyə elementlərinin bölgü mexanizmi (quruluşu və ya forması) beynəlxalq standartlarda qəbul edilən maliyyə anlayışlarını dərk etməkdə çətinliklər törədirdi. Aktivlərin, öhdəliklərin, kapital, gəlir və xərc elementlərinin köhnə hesablar planında qarışıq və tam nizamlanmamış vəziyyətdə yerləşdirilməsi həmin hesablar planının əhəmiyyətsiz olduğunu bir daha sübut etdi.

Sual oluna bilər ki, ikirəqəmli köhnə hesablar planının tətbiqi yolu ilə mühasibat uçotu aparılan təsərrüfat subyektləri qanun (qayda) pozuntusuna yol vermiş şəxs hesab edilə bilərlərmi? Bunun üçün qüvvədə olan yeni İnzibati Xətalar Məcəlləsinə istinad etmək lazımdır. Məcəllənin 462-ci maddəsində göstərilir ki, mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və sığorta nəzarəti orqanına təqdim edilməli olan digər hesabat və məlumatların qanunvericiliyə müvafiq hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Əgər kiçik sahibkarlıq subyektindən yeni Qaydalarda nəzərdə tutulan 3 formanın, yəni 2 cədvəl və 1 kitabın tərtib olunması tələbi və ya bundan imtina etdiyi halda maliyyə hesabatlarını Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun şəkildə tərtib etmək tələbi olduğu halda, maliyyə informasiyalarının ikirəqəmli hesablar planı əsasında tətbiq olunan formalarda əks etdirilməsi qanunla düzgün hesab edilməməlidir. Bu baxımdan, ikirəqəmli hesablar planını tətbiq edən kiçik sahibkar və ya hər hansı istənilən təsərrüfat subyekti inzibati məsuliyyətə cəlb oluna bilər.

Yeni Qaydaların tətbiqi sovet dövründən qalan köhnə (ənənəvi) mühasibat uçotunun aparılması vərdişlərinə tamamilə son qoyacaq və müəssisələrdə mühasibat uçotunun beynəlxalq səviyyədə qəbul edilən standartlarının tələblərinə əməl olunması səviyyəsini artıracaqdır.

Mehdi Babayev

"Professional MÜHASİB" jurnalının baş redaktoru, sərbəst auditor

Mənbə: http://www.vergiler.az/art-view2/4561

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!