Təhlükəli işlərdə çalışanların hansı hüquqları var? - QANUN

2018-04-24 | Kadr işi | 3505

Texnologiyanın sürətli inkişafı nəticəsində son illər dünyada bir çox yeni iş sahələri formalaşıb. Gündəlik ofis, idarə, məktəb , xəstəxana və s. bu kimi müəssisələrdə çalışanlarla yanaşı, təhlükəli iş yerlərində çalışanların da sayı az deyil.

Texniki təhlükəsizlik haqqında Qanuna əsasən, təhlükə potensiallı iş yerləri tez alovlanan maddəli müəssisələr, yükqaldıran mexanizmlər, metal əridilməsi, dağ-mədən işləri, yeraltı şəraitdə işlərin aparılması, neftqazçıxarma sənayesi, geoloji kəşfiyyat işləri, təhlükəli yüklərin hava, dəniz, dəmir yolları və avtonəqliyyat vasitələri ilə daşınması və s. sahələr nəzərdə tutulur.

Qanunun 9-cu maddəsinə görə, təhlükə potensiallı obyektlərdə işçi heyətlərini komplektləşdirərkən onların texniki təhlükəsizlik və ixtisaslaşma tələblərinə, habelə qanunla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunu və tibbi cəhətdən yararlığını təmin edilməlidir.

Təhlükə potensiallı obyektdə işləyənlərin vəzifələri aşağıdakılardır:

Təhlükə potensiallı obyektlərdə işlərin aparılması, habelə qəza və hadisə şəraitində fəaliyyət qaydalarını müəyyənləşdirən texniki-normativ sənədlərin tələblərinə əməl etmək; ildə bir dəfədən az olmamaq şərti ilə tibbi müayinədən və attestasiyadan keçmək; təhlükə potensiallı obyektdə baş verən qəza və hadisə zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada işi dayandırmaq, qəza və ya hadisə barədə dərhal rəhbərliyə, yaxud digər vəzifəli şəxsə məlumat vermək.

Qeyd edək ki, işə götürən müəssisə işçi heyətinin qəza və hadisələrə hazırlığını vaxtaşırı təkmilləşdirməli, onları attestasiyadan keçirməli, peşəkar qəza-xilasetmə xidmətləri, yaxud peşəkar qəza-xilasetmə hissələri ilə müqavilələr bağlamalıdır.

Təhlükəli iş yerləri ilə bağlı Əmək Məcəlləsində də kifayət qədər müddəalar var. Belə ki, ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanılarkən onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməsi işəgötürənin hesabına təmin edilməlidir.

Məcəllənin 58-ci maddəsinə əsasən, işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər. Belə əmək şəraitli peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlılığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir.

Xüsusi təhlükəli şəraitli yeraltı işlər görülən iş yerlərində, habelə dağ-mədən sənayesi müəssisələrində tərəflərin məsuliyyətini artırmaq məqsədi ilə intizam nizamnamələri ilə tənzim edilir:

Əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda, həmçinin xüsusi temperatur şəraitində aparılan və ya çirklənmə ilə bağlı işlərdə çalışan işçilərə müəyyən edilmiş normalara müvafiq pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri, yuyucu və dezinfeksiyaedici maddələr verilir.

Məcəllənin 226-cı maddəsinə görə, ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanılarkən onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməsi işəgötürənin hesabına təmin edilməlidir.

Amin Nəzərli

Mənbə: http://femida.az/az/news/79362/46-qizi-zorladigi-deyilen-falci-danisdi--sevgili-olmusuq-video

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!