Zahirov Nazim Həmzə

Doğum yeri: Bakı şəhəri, Sabunçu r-nu
Doğum tarixi:2001-06-25
Qoşun növü: Quru qoşunları
Rütbəsi: Əsgər
Şəhid olduğu tarix: 2020-10-01
Şəhid olduğu yer: Tərtər r-nu, Suqovuşan
Təltifləri: Vətən uğrunda medalı
Yaşı: 19

Həyatı və döyüş yolu:
Nazim Zahirov 25 iyun 2001-ci ildə Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində anadan olmuşdur. Orta təhsilini 2007-2018-ci illərdə 310 saylı orta məktəbdə almışdır. 2018-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinə daxil olmuşdur. 2019-cu ildə həmin liseyi bitirmiş, həmin ilin 2 iyulunda hərbi xidmətə yollanmışdır. Goranboyda xidmət etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Nazim Zahirov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 1 oktyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim Zahirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!