Raquf Orucov - Murov Qartalı

Doğum yeri: Ağdam r-nu, Cinli k.
Doğum tarixi:1972-07-12
Qoşun növü:
Rütbəsi: Polkovnik-leytenant
Şəhid olduğu tarix: 2016-04-02
Şəhid olduğu yer: Gəncə
Təltifləri:
Yaşı: 43

Həyatı və döyüş yolu:
Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələndi. Kursant Orucov, ona məktəbdə verilən müavinatları özünə xərcləmir, gətirib atasına, onlara analıq edən nənəsi və ömrünü qardaşının dörd övladına həsr edən, bibisi Səyyarə xanıma verir.

1996-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat aldı, amma gənc zabit ön cəbhədə olmağa üstünlük verdi. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağa aldı və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdi.

Aprel döyüşləri

2016-cı ilin aprel ayının əvvəlindən polkovnik-leytenant Raquf Orucov sonuncu döyüşünə qatıldı. Aprelin 5-i polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salındı. Sumqayıt şəhərində baş tutan dəfn mərasiminə 10 000-dən çox insan, Müdafiə Nazirliyinin üst rütbəli zabitləri Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunan Raquf Orucovun məzarının solunda 2014-cü il doyüşlərində şəhid olan əsgər Hüseyn Abdulov, sağında elə Aprel döyüşlərində şəhid olan Murad Məmmədov dəfn edilib. Həm Hüseyn Abdulov, həmdə Murad Məmmədov polkovnik-leytenant Raquf Orucovun əsgərləri idi.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!