Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

Marketdə istismarda olan 3 ədəd nəzarət-kassa aparatı mövcuddur. 10 yanvar 2020-ci il tarixdə həmin kassa aparatları Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulmuş yeni nəsil nəzarət-kassa aparatları ilə əvəzlənib və köhnə aparatlar qeydiyyatdan çıxarılıb. Bu halda, yeni kassa aparatına görə güzəştdən yararlanmaq mümkündürmü?


Cavab

Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatını quraşdıran vergi ödəyicisi tərəfindən hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərinin (nəzarətkassa aparatının dəyəri daxil olmaqla) dəyəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.

Aşağıdakı hallarda nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir:

  • nəzarət-kassa aparatı 2019-cu ilin 1 yanvar tarixinədək quraşdırıldıqda;
  • nəzarət-kassa aparatı 2019-cu ilin 1 yanvar tarixindən sonra quraşdırıldıqda, lakin Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab vermədikdə;
  • nəzarət-kassa aparatı 2019-cu ilin 1 yanvar tarixindən sonra quraşdırıldıqda, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədikdə.

Qeyd olunanlara əsasən, 10 yanvar 2020-ci il tarixdə marketdə quraşdırılmış yeni nəzarət-kassa aparatları köhnə kassa aparatlarını əvəz etdiyindən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulduğundan, həmin nəzarət-kassa aparatlarının alınmasına və quraşdırılmasına çəkilən xərclər qanunla müəyyən edilmiş həddə yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.

2020-03-11 | İqtisadiyyat | Baxılıb: 2187 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!