Böyük mühasib

Şirkətin adı: Melissa Group
Vakansiya Böyük mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: 1500-1600 AZN
Son tarix : 2021-09-26
Telefon
E-poçt: hr@melissagroup.az
Şirkət barədə məlumat
İş barədə məlumat Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əməkhaqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının təşkili və vergilərin, ödənişlərin, digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;
İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;
Təhtəlhesab, balans, avans hesabatının aparılması;
Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF və s.)
Hesab və elektron qaimə-fakturaların yazılması;
Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması;
Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-yə təqdim olunmalı sənədlərin hazırlanması.
Tələblər Ali təhsil (mühasibat uçotu, maliyyə);
Vergi Məcəlləsini bilməli;
1C 8.2, BTP proqramları ilə sərbəst işləmək bacarığı;
Müvafiq sahədə 2-3 ildən az olmayan iş təcrübəsi;
Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı
Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
Komandada işləmək bacarığı;
Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və ya rus dillərini bilənlərə üstünlük verilə bilər).
Sair məlumat İş günləri : həftədə 6 gün.
Yaş həddi: 25-35
Tikinti sektorundə işləyən və müvafiq sahə üzrə 3 il təcrübəsi olanlara üstünlük verilir.
CV-lərinizi hr@melissagroup.az ünvanına “böyük mühasib” başlığı ilə göndərməyiniz xahiş olunur.

Mənbə: offer.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!