Mühasib

Şirkətin adı: Collezione Italia
Vakansiya Mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: 900-1000 azn
Son tarix : 2021-09-26
Telefon
E-poçt: hr@collezioneitalia.az
Şirkət barədə məlumat “Collezione İtalia” Avropanın premium mebel, mətbəx mebeli, santexnika, çılçıraq, qapı-parket, divar kağızları, pərdə, qab-qacaq, tekstil, yataq örtükləri və hədiyyə aksessuarları brendlərinin təmsilçisidir.

Ölkənin və regionun ən geniş seçimə malik olan “Collezione İtalia” şourumu brendlərin sərgilənməsi, satışı, luks interyer həllərinin təqdimatı üzrə missiyasını illərdir uğurla yerinə yetirir.
İş barədə məlumat Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əməkhaqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının təşkili və vergilərin, ödənişlərin, digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;
İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;
Təhtəlhesab, balans, avans hesabatının aparılması;
Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF və s.)
Hesab və elektron qaimə-fakturaların yazılması;
Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması;
Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-yə təqdim olunmalı sənədlərin hazırlanması.
İşə qəbul olunmuş işçilər üçün yeni əməkhaqqı kartlarının sifariş edilməsi, zərurət yarandıqda kartların blok olunmasının təşkil olunması, vaxtı bitən kartların dəyişdirilməsi, ləğv olunması, kartların sifariş olunması üçün banka tələb olunan sənədlərin yığılması, banka təhvil verilməsi, bankdan təhvil alınması;
Aylıq kommunal öhdəliklərin (isti su, xidmət haqqı, yük pulu, sayğac və sənədləşmə) 1C proqramında aylıq olaraq yoxlanması, işlənməsi, bununla əlaqədar 1C-də satış hesablarına nəzarət edilməsi;
Tələblər Ali təhsil və ya magistr dərəcəsi (mühasibat uçotu, maliyyə);
Vergi Məcəlləsini bilməli;
1C, BTP proqramları ilə sərbəst işləmək bacarığı;
Müvafiq sahədə 2-3 ildən az olmayan iş təcrübəsi;
Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
Komandada işləmək bacarığı;
Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və ya rus dillərini bilənlərə üstünlük verilə bilər).
Sair məlumat Həftə ərzində 6 günlük iş qrafiki.
İş saatı: 10:00-19:00
Əməkhaqqı 900 – 1000 manat
Cinsi – kişi
Yaş həddi : 23-35
AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Mühasib” sözlərini qeyd edərək hr@collezioneitalia.az -ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar

Mənbə: www.offer.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!