1C administrator

Şirkətin adı: Azerbaijan Poultry Company
Vakansiya 1C administrator
İş yeri (Şəhər):
Əmək haqqı: 2000 AZN
Son tarix : 2021-09-29
Telefon
E-poçt: hr@apc.az
Şirkət barədə məlumat
“Azerbaijan Poultry Company” MMC 2012-ci ildə regionların inkişafı üzrə dövlət proqramı çərçivəsində yaradılmış yüksək texnoloji şirkətdir. Şirkətin əsas fəaliyyəti "Mərcan" brendi altında ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətli toyuq əti istehsalıdır.
İş barədə məlumat • 1C ERP-də istifadəçilərin yaradılması, onlara hüquqların verilməsi, işdən azad olunmuş işçilərin 1C ERD-də blok edilməsi.
• Ərazidə işləyən satış təmsilçiləri və məhsulçatdıran əməkdaşlar üçün mobil cihazlara Агент+КПД (Качественное Построение Дистрибьюции) proqram təminatının yazılmasını və 1C ERP proqram təminatına qoşulmasını təmin etmək
• Агент+КПД proqram təminatında lazım olan düzəlişləri təmin otmək.
• Ərazidə işləyən əl terminallarında və regionda olan planşetlərdəki proqram təminatında çıxan problemləri həll etmək.
• Ayın bağlanması üçün 1C ERP -də bütün əməkdaşların üzə çıxan problemlərinin həll olunması və bütün sənədlər işləndikdən sonra 1C ERP bazada qarşı şirkətə təhvil verilməsini təmin etmək.
• 1C ERP-də da qadağalara və ayın bağlanmasından sonra heç kimin köhnə ayda əməliyyat edə bilmədiyinə nəzarət etmək.
• Ayın baglanmasından sonra “Maya dəyəri” və “İstehsalat” üzrə qiymətlər siyahısının yaradılması.
• 1C ERP -də yeni dəyişiklik və ya yeni modul üçün lazım olan informasiyanı yığıb texniki tapşırıgı 1C proqramı üzrə əməkdaşlıq edilən şirkətə göndərmək, həmin iş təsdiqləndiyi təqdirdə istifadəçiyə təhvil vermək.
• Yeni yaradılmış hazır məhsulu 1C ERP -də aktiv etmək, onun üçün ştrix kod yaradıb kəsim emal zavodunda olan tərəzilərə saldırmaq. Hazır məhsul anbarında əl terminalarında yoxlanışdan və işləməsinə nəzarət etmək. Həmçinin resurs xüsusiyyətlərinin 1C ERP-də yaradılmasını həyata keçirmək.
• 1C ERP-də yenilənmə olduğu təqdirdə ilk növbədə şirkətin əməkdaşları ilə əlaqə saxlayıb vaxt təyin etmək və əməkdaşlıq edilən şirkətə yenilənmə vaxtını bildirmək.
• Bir müddət sonra 1C ERP bazasında arxivin IT xidməti üzrə əməkdaşlıq edilən şirkətdən alınaraq rezerv server-də bərpa olunmasını təmin etmək. Bərpa zamanı bir problem yaranarsa IT xidməti üzrə əməkdaşlıq edilən şirkətə məlumat vermək.
• 1C ERP ilə əlaqədər istifadə olunan avadanlıqlar barədə sifarişin yazılması.
• 1C ERP istifadəçilərinə lazım olan hesabatların yığılması və ya düzəlişi.
• 1C ERP -dən yeni iştifadəçilərə təlim keçirilməsinin təşkil edilməsi.
• Məlumat əsasında olan düzəlişlərin görülməsi.
• İstifadəçilərdə yaranan gündəlik sualların cavablandırılmasında köməklik göstərmək
• 1C Server-də IT xidməti üzrə əməkdaşlıq edilən şirkətə və ya 1C proqramı üzrə əməkdaşlıq edilən şirkətə lazım olan köməkliyin göstərilməsini təmin etmək.
• Hər ayın sonu 1C proqramı üzrə əməkdaşlıq edilən şirkətdən gələn təhvil-təslim sənədinin yoxlayıb təsdiqləmək.
• Helpdesk-ə ünvanlanan 1С proqramı ilə bağlı bəzi sorğuların icra olunmasını təmin etmək.
• Müdriyyət tərəfindən gələn təlimatları yerinə yetirmək.
• Tələb olunan digər tapşırıqlar.
• Ümumi məxfiliyi qorumaq
Tələblər • 1C ERP proqram təminatı və 1C üzrə inzibatçılığı üzrə 3 il iş təcrübəsi
• MS Office proqramları biliyi
• MS Windows əməlliyat sistemləri üzrə inzibatçılıq
• MS SQL verilənlər bazası haqqında biliklər
• 1C proqram təminatı üzrə əsas biliklər
• İnformasiyya texnologiyalarının helpdesk səviyyəsində biliklər
• Ezamiyyətlərə açıq olmaq
• İş yeri: Bakı şəh, Əli Vəliyev küç 1
• Əməkhaqqı: 2000 (net)
• 5 günlük iş qrafiki
Sair məlumat Vakansiyaya uyğun olan namizədlər CV-lərini hr@apc.az ünvanına mövzuda 1C administrator yazaraq göndərə bilərlər.

Mənbə: www.jobsearchz.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!