Mühasib

Şirkətin adı: Gill Med MMC
Vakansiya Mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: 500-700 AZN
Son tarix : 2021-10-10
Telefon
E-poçt: hr@gillmed.az
Şirkət barədə məlumat
İş barədə məlumat Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əməkhaqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının təşkili və vergilərin, ödənişlərin, digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;
İlkin sənədlər və mühasibat yazılışları əsasında mühasibat hesabatlarının tərtib olunması;
Təhtəlhesab, balans, avans hesabatının aparılması;
Hesab və elektron qaimə-fakturaların yazılması;
Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması;
Bank hesabları və kassa üzrə ödənişlərin həyata keçirilməsi;
Balansın çıxarılması üzrə biliklərə sahib olmalı;
Tələblər Ali təhsil və ya magistr dərəcəsi (mühasibat uçotu, maliyyə);
Vergi Məcəlləsindən ümumi məlumatı olmalı;
1C proqramı ilə sərbəst işləmək bacarığı;
Müvafiq sahədə 5 ildən az olmayan iş təcrübəsi;
Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
Komandada işləmək bacarığı;
Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
Sair məlumat Həftə ərzində 6 günlük iş qrafiki.
İş saatı: 09:00-18:00
Cinsi – kişi
AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Mühasib” sözlərini qeyd edərək hr@gillmed.az-ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Mənbə: www.offer.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!