Mühasib

Şirkətin adı: Kristal Abşeron MTK
Vakansiya Mühasib
İş yeri (Şəhər): Lənkaran
Əmək haqqı: Müsahibə əsasında
Son tarix : 2021-10-17
Telefon
E-poçt: hr@kristalabsheron.az
Şirkət barədə məlumat
İş barədə məlumat İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və hesab sahələrinə uyğun qəbulunu, nəzarətini həyata keçirtmək
Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət
Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək
Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Mühasibat Standartalarına uyğun uçotunu təmin etmək
Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi
Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi
Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək
Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak etmək, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək
Maliyyə hesabatlarının hazırlanması (Balans, Mənfəət və Zərər, Pul Vəsaitlərinin hərəkəti haqqında hesabat və s.)
Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək
Tələblər Ali təhsil;
1C yüksək səviyyədə bilmək;
Analoji sahədə ən azı 3 il iş təcrübəsi (Tikinti sahəs üzrə təcrübə arzuolunandır);
Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmaq;
Azərbaycan dilini mükəmməl bilməli, Rus dili arzuolunandır;
Komandada işləmək bacarığı;
Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.
Sair məlumat Staj: 3 il
Yaş həddi: 24 — 65 yaş
Təhsil: Natamam ali təhsil (bakalavr)

6 günlük iş qrafiki
İş yeri: Lənkəran şəhəri
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Mühasib (Lənkəran şəhəri üzrə)” üzrə yazmaqla ”hr@kristalabsheron.az” elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Mənbə: www.offer.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!