Mühasib

Şirkətin adı: Trawell Group
Vakansiya Mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: 800 AZN
Son tarix : 2023-04-13
Telefon
E-poçt: careers@vizam.az
Şirkət barədə məlumat Trawell Group gənc, dinamik komandası ilə bir neçə səyahət startapı üzərində işləyən turizm şirkətidir. Şirkət 2015-ci ildən fəaliyyət göstərir və özündə Vizam.az, Pickvisa.com, Backpack Azerbaijan kimi startapları birləşdirir.
İş barədə məlumat - Pul vəsaitlərinin hərəkətinin təmin edilməsi (kassa mədaxil və kassa məxaric orderlərin yazılması );
- Vergi qanunvericiliyinin tələbləri üzrə E-Qaimə fakturalarının ,VHF yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Aylıq, rüblük və illik Vergi ( ÖMV, gəlir, mənfəət və s.) , DSMF və Statistika və digər əlaqəli bütün hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi (sərbəst şəkildə Hesabtların verilməsi bacarığı mütləqdir) ;
- Mühasibat uçotunun AR Vergi Məcəlləsinin tələbləri üzrə idarə olunması və sənədləşmələrin dəqiq və vaxtında yerinə yetirilməsi;
- Lazımi müqavilələrin hazırlanması və yenilənməsi;
- Maliyyə Menecerinin tələb etdiyi bütün digər vəzifə öhdəlikləri;
Tələblər - Maliyyə, Mühasibatlıq və əlaqəli sahə üzrə Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2-3 il professional iş təcrübəsi (Maliyyə-Consulting və Xidmət sahəsi üzrə fəaliyyət göstərən Şirkətlərdə təcrübə üstünlükdür);
- AR Vergi və Əmək məcəlləsi üzrə nəzəri biliklər və praktiki təcrübə;
- E-gov.az (EMAS), e-taxes.gov.az, e-sosial.az portallardan istifadə bacarığı və həmçinin BTB Proqramı üzrə iş təcrübəsi;
- Yüksək riyazi zəka və analiz etmə bacarığı və həll yönümlü olmaq;
- Müqavilələrin hazırlanması üzrə təcrübə;
- Aktiv, çevik, öyrənməyə həvəsli, fokslu və cəld işləmə qabiliyyəti yüksək və nəticə yönümlü olmalı;
- Microsoft Office proqramları (xüsusilə Excel-mütləqdir) əla bilmək ;
- Disiplin, nizam-intizam, məsuliyyət, diqqətlilik və dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq;
- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
- Əla Azərbaycan dili və praktiki İngilis dili;
- ACCA -FA üzrə sertifikat mütləqdir. Digər ACCA və BM üzrə sertifikatlar üstünlükdür;
- Yaş həddi: 30 yaşa qədər
Sair məlumat - Rəsmi Əmək Müqaviləsi ilə Əmək haqqı Net: 800 AZN +KPI Bonus (təcrübədən asılı olaraq);
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı;
- Gənc, dinamik komandada lokal və qlobal startapların bir hissəsi olmaq.

Müraciət üçün careers@vizam.az emailinə “Mühasib” başlığı ilə CV -lərinizi göndərə bilərsiniz. Yalnız tələblərə uyğun namizərdlər məqbul hesab ediləcəkdir.
Son Tarix: 13.04.2023

Mənbə:

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!