Satınalmalara dair qanunvericiliyin pozulmasına görə yeni cərimə müəyyən edilib
2019-08-13 | Hüquq | 2974“Dövlət satınalmaları haqqında” qanunun tələblərinin pozulmasına görə yeni cərimə müəyyənləşib.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə sərəncam imzaladığı İnzibati Xətalar Məcəlləsində dəyişiklikdə əksini tapıb.
Beləliklə, satınalan təşkilat tərəfindən malların (işlərin və xidmətlərin) satın alınmasının “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməli olduğu halda, digər sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməsinə görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə ediləcək.

Hüquq bölümünün son xəbərləri |