Pandemiyanın təsirinə məruz qalan sahibkarlara hansı vergi güzəştləri ediləcək?

2020-04-09 | İqtisadiyyat | 2267

Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə koronavirus (COVİD -19) pandemiyasının mənfi təsirlərinin qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə 4 İşçi Qrup yaradılıb. Onların hər biri müvafiq iş planı əsasında xüsusi proqramlar hazırlayıblar. Görülən tədbirlər ictimaiyyətin də diqqət mərkəzindədir.

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri, iqtisadçı Radil Fətullayev bildirib ki, proqram hazırlanarkən əsas 3 meyara diqqət yetirilib. Pandemiya ilə bağlı görülən məhdudlaşma tədbirləri nəticəsində daha çox zərər görən, orta səviyyədə və minimal zərərlə çıxan sahələr müəyyənləşdirilib. Həmin sahibkarlıq subyektlərinə maliyyə dəstəyi, vergi güzəştləri və digər iqtisadi dəstəyin göstərilməsi də məhz təsirə məruz qalma səviyyəsinə görə həyata keçiriləcək: "Pandemiyadan daha çox zərər çəkmiş sahələr ilk növbədə dəstəklənəcək. Bunlardan ictimai iaşə, turizm sektoru və digərlərinə dəstək 100 faizlik bir meyar üzərində olacaq. Bu meyar onların vergilərdən azad edilməsi və işçilərinin əməkhaqlarının qarşılanması ilə bağlı tədbirlərə də tətbiq ediləcək. Daha əhəmiyyətli təsirə məruz qalan sahələrə 70 faizlik, az zərər çəkən sahələrə isə 50 faizlik meyarla dəstək göstərilməsi nəzərdə tutulub".

İqtisadçının fikrincə, sözügedən proqramlardan ən mühümü vergi güzəştləri və imtiyazları ilə bağlıdır. Burada güzəşt və ya vergi tətili dedikdə əsasən, pandemiyanın təsirinə məruz qalma səviyyəsi nəzərdə tutulur. Onların içərisində həm sadələşdirilmiş vergi, həm də gəlir vergisi ödəyiciləri vardır.

Qeyd edək ki, pandemiyadan zərər çəkən sahələr, o cümlədən mikro sahibkarlıq subyektləri üçün vergi sahəsində əsas güzəştlər paketinə həm birbaşa vergi ödəmələri, həm də bəyannamələrin təqdim edilməsi ilə bağlı inzibatçılıq məsələləri daxildir. Vergi güzəştləri fəaliyyət istiqamətləri üzrə fərqli formada müəyyən edilib. Məsələn, mikro sahibkarlıq subyektlərinə müvafiq müddətdə sadələşdirilmiş vergi üzrə güzəştin verilməsi, müvafiq müddətə əmlak və torpaq vergisindən, eləcə də vergi ödəyicilərinin mənfəət (gəlir) vergisinə müvafiq məbləğdə və müddətdə azadolmalar planlaşdırılıb. İctimai iaşə fəaliyyəti ilə məşğul olanlar üçün sadələşdirilmiş verginin azaldılması, mənfəət (gəlir) vergisi ödəyicilərinin isə mənfəət (gəlir) vergisindən, bəzi vergi ödəyicilərinin müvafiq bir müddətə ƏDV-dən azad edilməsi nəzərdə tutulub. Proqrama əsasən, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli, bəzi məhsulların idxalının və satışının ƏDV-dən azad olunması, eləcə də həmin məhsulların istehsalı ilə bağlı xammal və materialların ƏDV-dən azad olunması gözlənilir. Fiziki və hüquqi şəxslər tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin mənfəət (gəlir) vergisi məqsədləri üçün gəlirdən çıxılması, həmçinin epidemiyanın qarışının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən göstərilən əvəzsiz xidmətlərin göstərilməsinə görə ƏDV-nin sıfır (0) dərəcə ilə tutulması da görüləcək tədbirlər sırasında yer alıb.

Bəyannamələr üzrə güzəştlərdə isə 2019-cu ilin nəticələrinə görə mənfəət (gəlir) vergisinin verilməsi müddətinin uzadılması, vergi hesabatlarının verilməsi müddətinin, habelə vergilərin ödənilməsi müddətinin uzadılması kimi məsələlər əksini tapıb.

R.Fətullayev həmin vergi ödəyicilərinin əmlak və torpaq vergisi ilə bağlı güzəştlər verilməsini də istisna etməyib: "Sahibkarların əsas problemlərindən biri də icarəyə götürdükləri obyektlərlə bağlıdır. İcarə müqavilələri ilə bağlı ödəmə mənbəyində tutulan vergidən azad edilməsi də vacibdir. İcarəyə obyekt götürən sahibkarlar, yaxşı olar ki, hər biri müqavilə bağladıqları əmlak sahibləri ilə danışıb icarə haqqının ləğv edilməsi ilə bağlı razılığa gəlsinlər".

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/7930.html

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!