Vüqar Bayramov vergi güzəştlərinin sahibkarlara hansı imkanlar yaradacağını açıqlayıb

2020-04-23 | Vergilər | 2614

“Azərbaycan hökuməti tərəfindən təsdiq edilən iqtisadi paketlə həm pandemiya, həm də postpandemiya dövründə sahibkarların dəstəklənməsi nəzərdə tutulur”.

Bunu APA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, bu baxımdan vergi güzəştləri həm pandemiya, həm də postpandemiya dövründə sahibkarlara bu cür güzəştlərdən istifadə etməklə, həm xərclərini minimumlaşdırmaq, həm də iqtisadi aktivliyi daha qısa zamanda bərpa etmək imkanı verəcək: “Güzəştlər mikromüəssisələr də daxil olmaqla, praktik olaraq, bütün sahibkarlıq subyektlərini əhatə edir. Sadələşdirilmiş vergi subyektləri üzrə vergi dərəcələrinin iki dəfə azaldılması həyata keçirilir. Eləcə də sahibkarlar üçün mənfəət və gəlir vergisinin 75%-lik güzəşt tətbiq edilib. Digər tərəfdən, torpaq və əmlak vergisində müddətli güzəştlər var. Praktik olaraq, güzəştlərin strukturuna və miqyasına diqqət yetirəndə birmənalı şəkildə qeyd etmək olar ki, bu güzəştlər sahibkarların postpandemiya dövründə öz fəaliyyətlərini daha qısa zamanda bərpa etməsinə imkan verəcək”.

Millət vəkili nəzərə çatdırıb ki, burada əsas məqsəd iqtisadi aktivliyin daha qısa zamanda əldə edilməsinə nail olmaqdan ibarətdir: “Vergi güzəştləri əslində dövlətin dolayı maliyyə dəstəyi kimi də qiymətləndirilir. Çünki bu zaman artıq sahibkar hesabladığı vergini büdcəyə ödəmir, öz sərəncamında saxlayır. Bu da onun fəaliyyətinin genişləndirilməsinə imkan yaradır. Ölkə prezidentinin tapşırığına uyğun olaraq, postpandemiya dövründə sahibkarlar dövlət dəstəyindən daha çox faydalana biləcəklər. Yeni vergi güzəştlərinin təmin edilməsi iqtisadiyyatın leqallaşdırılması və daha liberal iqtisadiyyatın formalaşdırılmasına imkan yaradacaq. Atılan addımlar, tətbiq edilən güzəştlər bu kontekstdə postpandemiya dövründə Azərbaycanda yeni iqtisadi modelin tətbiq ediləcəyindən xəbər verir”.

Firuzə Vahid

Mənbə: https://report.az/iqtisadiyyat-xeberleri/ask/kend-teserrufatinda-calisanlarin-sosial-yuku-3-defe-azaldilacaq/

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!