Karantindən sonra restoranlar - BELƏ İŞLƏYƏCƏK

2020-04-29 | İqtisadiyyat | 3303

Azərbaycanda yumşaldılmış karantin rejimində fəaliyyətinin bərpa olunması gözlənilən restoran, kafe və digər ictimai iaşə müəssisələrində masalar arası məsafə 1,5 metrdən çox olmalıdır.

FED.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin hazırladığı qaydalara əsasən bu müəssisələrdə işçi heyət təmiz iş geyimi, əlcək, baş örtükləri və digər gigiyenik vasitələrlə təmin olunmalıdır. İşə başlamazdan əvvəl, iş prosesində, qida məhsulları, avadanlıqlar, qab-qacaq və dəsmallarla təmasdan öncə əməkdaşların əllərinin təmiz yuyulması və qurudulmasına nəzarət edilməlidir. Həmçinin dırnaqların mütəmadi olaraq kəsilmiş və təmiz olması, dırnaqlarda boya olmaması vacib amillərdəndir. Hər iş növbəsindən sonra geyim forması dəyişdirilməlidir. Bundan başqa işçilər, xüsusilə də mətbəxdə çalışan heyət xüsusi iş geyimində olmalı, gündəlik ev geyimlərinin iş prosesində istifadəsinə yol verilməməlidir.

Qida məhsulları ilə təmas edərkən saçları qapalı saxlayan baş örtükləri və əlcəklərdən istifadə edilməlidir. Qabların yuyulması zamanı birdəfəlik istifadə üçün nəzərdə tutulmuş rezin əlcəklərdən istifadə vacibdir. Əlcəklər çirkləndikdə və zədələndikdə, həmçinin iş növbələri arasında dəyişdirilməlidir.

İctimai iaşə əməkdaşlarının əllərində istənilən kəsik, açıq, qapalı yaralar mütləq su keçirməyən sarğı ilə örtülməlidir. Bu şəxslər yalnız tibbi müayinə keçdikdən sonra işə buraxıla bilər;

Boyunbağı, sırğa, bilərzik kimi aksessuarlardan istifadə arzuolunmazdır.

Dırnaqlarda çirk və mikroblar infeksiyaların yayılmasına səbəb olur. Dırnaqlar qısa olmalı, tez-tez kəsilməli, arası su və sabunla təmiz yuyulmalıdır.

Ərzaq satışı ilə məşğul olan müəssisələrdə insanların ən sıx toplaşdığı yerlərin kassaların qarşısı olduğunu nəzərə alaraq, koronavirus xəstəliyi ilə bağlı vəziyyət normallaşana qədər müəssisənin fəaliyyətdə olduğu saatlarda mövcud olan hər bir kassanın fəaliyyət göstərməsi, həmçinin kassaların qarşısında növbədə duran insanların bir-birlərindən 2 metrlik məsafədə dayanmaları təmin edilməlidir.

Mənbə: https://www.fed.az/az/biznes/karantinden-sonra-restoranlar-bele-isleyecek-79401

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!