Əlavə vergi güzəştləri və azadolmaları açıqlandı

2015-10-16 | Vergilər | 3250

Vergi güzəştləri və azadolmaların aid edildiyi obyektlər siyahısına peyklərin və digər kosmik obyektlərin daxil edilməsi təklif edilir.

Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklər siyahısındadır. Bundan başqa, humanitar yardımların və ixrac məqsədli neft-qaz fəaliyyətilə əlaqədar gətirilən avadanlıqların vergidən azad edilməsi nəzərdə tutulur.

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən hərbi məqsədlər üçün istifadə olunan bütün növ texnika və texniki vasitələr, onların ehtiyat hissələri, silah-sursat idxalı, müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə idxal edilən texnologiyalar, avadanlıqlar və dəstəkləyici hissələr vergidən azad ediləcək.

Bundan başqa, Azərbaycanda qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin müvafiq icra hakimiyyəti orqanının razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar da vergidən azad ediləcək.

Texniki yardım da daxil olmaqla, təmənnasız yardım və xeyriyyə məqsədilə dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xəttilə gətirilən mallar da vergidən azadolunanlar siyahısına salınacaq.

Bundan başqa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda və qaydada fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar da vergidən azad ediləcək.

Eyni zamanda, layihədə ixrac məqsədli neft-qaz fəaliyyətilə əlaqədar gətirilən avadanlıq və materiallar (ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycana daxil olan avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə), xüsusi iqtisadi zonaya idxal olunan mallar (aksiz mallar istisna olmaqla) və lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalının vergidən azad edilməsi təklif olunur.

Dəyişiklikdə həmçinin məhsul ötürən kəmərlərin vergi güzəştlərinin ləğvi də təklif edilir.

Qeyd edək ki, "Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi təsdiqlənərsə, sənəd 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Mənbə: http://www.marja.az

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!