Zərərlərin növbəti ilin gəlirləri hesabına kompensasiya edilməsi

2020-07-04 | Vergilər | 8195

Söhbət vergi ödəyicisinin mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlərindən gedir. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin 121.3-cü maddəsinə əsasən, Məcəllənin 157.3.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlər, habelə Vergi Məcəlləsinin 114-cü və 115-ci maddələrində nəzərdə tutulan amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilmir.

Buna görə də müəssisənin sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə yaranmış zərərlər mənfəət vergisi ödəyicisi olduğu dövrdə əldə etdiyi gəlirindən çıxıla bilməz. Həmçinin bu qayda amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlərə də şamil olunur. Qeyd edək ki bu hal üçün Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə əsasən, şəxsin ƏDV qeydiyyatına dair öhdəliyi yaranmadığı halda, könüllü olaraq vergi orqanına əvvəlki 3 il müddətindən çox olmamaqla ƏDV ödəyicisi kimi qeydiyyata alındığı hallar istisna təşkil edir.

Misal 1.

Firma gəlir və xərclərinin uçotunu aparmış və 2018-ci hesabat ilini 5.000 manat zərərlə başa vurmuşdur. Firma 1 yanvar 2019-cu il tarixdən məcburi qaydada ƏDV qeydiyyatına alınmışdır (dövriyyənin 200.000 manatı keçməsinə görə). 2019-cu il üzrə müəssisə mənfəətlə işləmiş və ilin nəticələrinə görə 20.000 manat mənfəət əldə etmişdir. Bu hal üçün mənfəət vergisini hesalayaq.

Vergi Məcəlləsinin 121.3-cü maddəsinə əsasən, firma sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə yaranmış 5.000 manat zərər firmanın mənfəət vergisi ödəyicisi olduğu dövrdə əldə etdiyi 20.000 manat mənfəətindən çıxıla bilməz. Bunun üçün də firma büdcəyə 4000 manat ( 20.000 x 20% = 4.000 manat) mənfəət vergisi hesalayacaq.

Misal 2.

Firma gəlir və xərclərinin uçotunu aparmış və 2018-ci hesabat ilini 10.000 manat zərərlə başa vurmuşdur. Firma 1 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə əsasən, künüllü qaydada ƏDV qeydiyyatına alınmışdır. 2019-cu il üzrə müəssisə mənfəətlə işləmiş və ilin nəticələrinə görə 50.000 manat mənfəət əldə etmişdir. Bu hal üçün mənfəət vergisini hesalayaq.

Vergi Məcəlləsinin 121.3-cü maddəsinə əsasən, firma künüllü qaydada ƏDV qeydiyyatına alındığı üçün sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə yaranmış 10.000 manat zərəri firmanın mənfəət vergisi ödəyicisi olduğu dövrdə əldə etdiyi 50.000 manat mənfəətindən çıxmaq hüququ vardır. Bunun üçün də müəssisə büdcəyə 8.000 manat (( 50.000 – 10.000) x 20% = 8000 manat) mənfəət vergisi hesalayacaq.

Misal 3.

2019-cu il yanvarın 1-dən mənfəət vergisinin ödəyicisi olmuş müəssisə 2019-cu il üzrə gəlir və xərclərinin uçotunu aparmış və hesabat ilinin nəticələrinə görə 30.000 manat mənfəət əldə etmişdir. 2018-ci hesabat ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan 10.000 manat amortizasiya xərcini 2019-cu ilə keçirmişdir. Bu hal üçün mənfəət vergisini hesalayaq:

Vergi Məcəlləsinin 121.3-cü maddəsinə əsasən, müəssisə 2018-ci hesabat ilində amortizasiya normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan 10.000 manat amortizasiya xərcini 2019-cu ildə əldə etdiyi 30.000 manat mənfəətindən çıxa bilməz. Bunun üçün də müəssisə büdcəyə 6.000 manat ( 30.000 x 20% = 6.000 manat) mənfəət vergisi hesalayacaq.

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/9351.html

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!