Anbarı və istehsal sahəsi olmayan vergi ödəyicilərinin riskləri

2020-08-28 | Vergilər | 4004

Nazirlər Kabinetinin təsdiq etdiyi “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”ında iki anlayış – riskli vergi ödəyicisi və riskli əməliyyat anlayışları konkretləşdirilib. İqtisadçı ekspert Anar Bayramov bildirib ki, vergi orqanının təhlillər əsasında riskli əməliyyatları aşkarlamaq imkanı olsa da, bəzi riskli vergi ödəyicilərinin meyarlara uyğunluğunu müəyyən etmək üçün vergi nəzarəti (operativ vergi və səyyar vergi yoxlamaları) tədbirlərini həyata keçirməlidir.

Misal 1: Tutaq ki, vergi ödəyicisi dövrü olaraq topdansatış fəaliyyəti həyata keçirsə də, səyyar vergi yoxlamaları zamanı müəyyən olunur ki, onun obyektinin sahəsi satışın miqyaslarından kiçikdir. Göründüyü kimi, vergi ödəyicisi malların təqdim edilməsi zamanı birbaşa riskli əməliyyat həyata keçirməyib, amma obyektin həcmi ilə satış dövriyyəsi arasında uyğunsuzluq onun riskli vergi ödəyicisi olmaq ehtimalını yaradır.
Misal 1:

Vergi ödəyicisi satış üçün ancaq geyim malları əldə edir. Buna baxmayaq digər vergi ödəyicilərinə təqdim etdiyi elektron qaimə-fakturalarda onun tikinti materialları satdığı müəyyən edilir. Qaydaların 2.1.2-ci maddəsində qeyd edilir ki, aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat dedikdə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar nəzərdə tutulur.

Misal 3: Tutaq ki, vergi ödəyicisi 40.000 manatlıq mebel avandanlığı satıb. Yoxlama zamanı isə məlum olub ki, sahibkar həmin mebel avandanlığının alışını həyata keçirməyib. Bundan əlavə o, mebel avandanlığı düzəltmək üçün istehsalat sahəsinə də malik deyil.
Misal 4: Vergi ödəyicisi 20.000 manatlıq montaj işinin görülməsi ilə bağlı qarşı tərəflə müqavilə imzalayıb. Vergi nəzarəti tədbirləri zamanı məlum olub ki, vergi ödəyicisinin montaj işi üçün hər hansı fəaliyyəti olmayıb və bu əməliyyat sadəcə sənədləşmə üçün həyata keçirilib. Bəzi həmkarlarımız riskli vergi ödəyicisi anlayışının yalnız mallara tətbiq olunduğu fikrindədirlər. Ancaq nəzərə almaq lazımdır ki, əmtəəsiz əməliyyatlar

Mənbə: https://vergiler.az/news/taxes/9991.html

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!