Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqlarının hesablanması

2020-08-28 | Vergilər | 2845

Prezident İlham Əliyevin 2 iyun 2020-ci il tarixində imzaladığı "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə fərmanına əsasən, 1 aprel 2020-ci il tarixindən fərdi sahibkarların məcburi dövlət sosial sığorta ödənişlərinin məbləği azaldılıb. Həmin qanunun 14.5-ci maddəsində göstərilib ki, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

Sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:

  • Bakı şəhərində 100 faizi;
  • Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
  • digər şəhərlərdə 80 faizi;
  • rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
  • kənd yerlərində 50 faizi miqdarında güzəşt tətbiq edilir.

Maliyyə üzrə mütəxəssis Elməddin Məmmədov qanunvericiliyin bu tələbini misallarla izah edib:

Misal 1:

31 mart 2020-ci il tarixinədək Bakı şəhərində tikinti və ya ticarət sahəsində fəaliyyət göstərən fərdi sahibkar aylıq olaraq 250 manat minimum aylıq əməkhaqqının 50 faizi miqdarında, yəni 125 manat (250x50%) məcburi dövlət sosial sığorta haqqı ödəyirdi. 2020-ci ilin aprel ayının 1-dən isə 250 manat minimum aylıq əməkhaqqının 25 faizi miqdarında – 62,5 manat (250x25%x100%) ödəyəcək.

Misal 2:

31 mart 2020-ci il tarixinədək Bakı şəhərində digər sahələrdə fəaliyyət göstərən fərdi sahibkar aylıq olaraq 250 manat minimum aylıq əməkhaqqının 25 faizi miqdarında - 62,5 manat (250x25%) məcburi dövlət sosial sığorta haqqı ödəyirdi. Güzəştlər tətbiq olunandan sonra isə 250 manat minimum aylıq əməkhaqqının 15 faizi miqdarında sosial sığorta ödəməlidir: 250 x 15% x 100% = 37,5 manat.

Misal 3:

31 mart 2020-ci il tarixinədək Sumqayıt şəhərində tikinti və ya ticarət sahəsində fəaliyyət göstərən fərdi sahibkar aylıq 250 manat minimum aylıq əməkhaqqının 50 faizi miqdarında - 125 manat (250x50%) məcburi dövlət sosial sığorta haqqı ödəyirdi. 2020-ci ilin aprel ayının 1-dən isə bu məbləğ xeyli azaldılıb. Hazırda Sumqayıtda fərdi sahibkarların sosial ödənişi 250 manat minimum aylıq əməkhaqqının 25 faizi və Sumqayıt şəhərinə tətbiq olunan 90 faiz nisbət miqdarında hesablanır: 250 x 25% x 90% = 56,25 manat.

Misal 4:

31 mart 2020-ci il tarixinədək Quba rayonunda tikinti və ticarət sektorundan başqa digər sahələrdə fəaliyyət göstərən fərdi sahibkarlar 250 manat minimum aylıq əməkhaqqının hər ay 25 faizi miqdarında, yəni 62,5 manat (250x25%) məcburi dövlət sosial sığorta haqqı ödəyirdi. Güzəştlər tətbiq olunandan sonra isə ödəniş 250 manat minimum aylıq əməkhaqqının 15 faizi və Quba şəhərinə tətbiq olunan 80 faiz miqdarında edilir: 250 x 15% x 80% =30 manat.

Ölkə üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablanması cədvəli:

Ərazi

Tikinti və ticarət sahəsində

Digər sahələrdə

Bakı şəhəri

62,5 manat

(250 manat x 25 faiz x 100 faiz)

37,5 manat

(250 manat x 15 faiz x 100 faiz)

Sumqayıt və Gəncə şəhərləri

56,25 manat

(250 manat x 25 faiz x 90 faiz)

33,75 manat

(250 manat x 15 faiz x 90 faiz)

Digər şəhərlər

50 manat

(250 manat x 25 faiz x 80 faiz)

30 manat

(250 manat x 15 faiz x 80 faiz)

Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidləri və qəsəbələr

37,5 manat

(250 manat x 25 faiz x 60 faiz)

22,5 manat

(250 manat x 15 faiz x 60 faiz)

Kənd yerləri

31,25 manat

(250 manat x 25 faiz x 50 faiz)

18,75 manat

(250 manat x 15 faiz x 50 faiz)

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/economy/9980.html

Vergilər bölümünün son xəbərləri

2021-10-01 | Vergi ödəyicisi gəlirlərinin və xərclərinin dəqiq uçotunu gecikdirməməlidir
2021-09-29 | Mediatorlar tərəfindən sosial sığorta haqlarının ödənilməsi barədə
2021-09-17 | Vahid elektron lövhə”nin tətbiqi artıq ödənilmiş məbləğin geri alınması prosesini izləməyə imkan verəcək
2021-09-17 | Mediatorların vergi öhdəliyi
2021-06-01 | Sərnişin və yük daşımaları sahəsində vergi öhdəlikləri nədən ibarətdir?
2021-06-01 | Benzin və dizel yanacaqlarının satın alınması zamanı əvəzləşdirmə
2021-05-05 | Maliyyə sanksiyaları tətbiq edilərkən hansı məqamlara diqqət yetirilməlidir?
2021-05-04 | Kənd təsərrüfatı məhsulları hansı halda vergidən tam və ya qismən azad olunur?
2021-04-22 | Elektron ticarət qaydasında xaricə ödənilən məbləğlərə ƏDV-nin tətbiqi
2021-04-06 | NK: Əhalinin ömrünü qısaldan tütün məmulatlarının aksiz vergisinin artırılması məqsədəuyğun sayılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!