BNA taksi fəaliyyətinə daha ciddi nəzarət üçün konsepsiya hazırlayıb

2020-08-31 | Hüquq | 5457

"Taksi xidməti sahəsi üzrəbir sıra çatışmazlıqlar mövcuddur. Bunlar əsasən qeyri-müəyyən tariflər, taksi sürücülərinin aşağı gəlirliliyi, süni rəqabət, xidmət keyfiyyətinin zəifliyi, hüquqi və fiziki şəxslərin, çağrı mərkəzi-operatorların statusunun olmaması ilə bağlıdır".

Taksi fəaliyyətinin tənzimlənməsində cari vəziyyət və inkişaf perspektivləri mövzusunda video-konfrans formatında görüş keçirilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, Agentliyin təşəbbüsü ilə keçirilən görüşdə İqtisadiyyat, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələri, Azərbaycan Texniki Universitetinin mütəxəssisləri, vətəndaş cəmiyyətinin təmsilçiləri və ekspertlər iştirak edib.

Məlumatda qeyd edilib ki, indiyə qədər BNA-nın səlahiyyətləri çərçivəsində taksi fəaliyyətinin tənzimlənməsinə dair bir sıra tədbirlər həyata keçirib. Taksi minik avtomobilləri və onların sürücülərinə dair tələblər təsdiq edilib. Tələbat olan ərazilərdə taksi duracaqları təşkil olunub. Görülən işlərə baxmayaraq, bu xidmət sahəsi üzrə bır sıra çatışmazlıqlar mövcuddur. Bunlar əsasən qeyri-müəyyən tariflər, taksi sürücülərinin aşağı gəlirliliyi, süni rəqabət, xidmət keyfiyyətinin zəifliyi, hüquqi və fiziki şəxslərin, çağrı mərkəzi-operatorların statusunun olmaması ilə bağlıdır.

Bu kimi halların aradan qaldırılması, taksi fəaliyyətinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması məqsədilə, BNA konsepsiya hazırlayıb. Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi eyni zamanda sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Konsepsiyanın icrası nizamlı, qanuni, sərnişinlər üçün təhlükəsiz və rahat, eyni zamanda sürücülər üçün zəmanətli taksi xidmətinin təşkilinə imkan verəcək.

Konsepsiyanın əhəmiyyətini qeyd edən görüş iştirakçıları bu görüşün taksi xidmətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərin koordinasiyası baxımından önəmini də vurğulayıb. Görüşdə konsepsiya ilə bağlı müxtəlif rəy və təkliflər irəli sürülüb. Bildirilib ki, səslənən fikirlər konsepsiyanın daha da təkmilləşdirilməsi zamanı nəzərə alınacaq.

Mənbə: https://marja.az/60244/bna-taksi-fealiyyetine-daha-ciddi-nezaret-ucun-konsepsiya-hazirlayib

Hüquq bölümünün son xəbərləri

2023-04-01 | Gecikməyə görə borcludan məbləğin illik 5 faizindən artıq - Tələb Oluna Bilinməyəcək
2023-04-01 | Azərbaycanda borc müqaviləsi anlayışına - DƏYİŞİKLİK EDİLİB
2021-11-19 | DİQQƏT! Əmək Qanunvericiliyi ilə bağlı İnzibati Xətalar Məcəlləsində YENİ VƏ AKTUAL CƏRİMƏ NÖVÜ
2021-06-01 | Uyğunluq sertifikatı olmayan qeyri-ərzaq mallarının idxalı və satışı qanuna ziddir
2021-03-23 | Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Qanunda dəyişikliklər təsdiq edilib
2020-11-23 | Saxta nişanlanmış mallara görə - 5 İlədək Həbs!
2020-08-31 | BNA taksi fəaliyyətinə daha ciddi nəzarət üçün konsepsiya hazırlayıb
2020-08-10 | Azərbaycana daxil olan xarici yük daşıyıcıları ilə bağlı qanun hazırlanacaq
2020-07-04 | Ticarət festivallarının təşkili Qaydasında dəyişiklik olunub
2020-06-01 | Dövlət rüsumu haqqında Qanuna dəyişikliklər qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!