Uçot və hesabatlılıq sistemi Beynəlxalq Maliyyə Hesabatı Standartlarına əsasən qurulmalıdır

2021-01-29 | Mühasibat uçotu | 4808

Şirkətlərdə beynəlxalq standartlara əsasən uçot və hesabat sisteminin qurulması həm onun cari idarəetməsini yaxşılaşdıra, qərarların qəbulunda istifadə edilən informasiyaların keyfiyyətini artıra, həm də şirkətə əlavə resursların cəlb edilməsi ilə onun sonrakı böyüməsinə imkan verə bilər. Mövzunu maliyyə mütəxəssisi Xalid Kərimli şərh edir.

Şirkətlərin fəaliyyətində maraqlı tərəflərin (steykholderlərin) spektri genişdir. Bura direktorlar, işçilər, səhmdarlardan əlavə, dövlət, malsatanlar, malalanlar, borc verənlər, banklar, investorlar, cəmiyyət, partnyorlar və müxtəlif qruplar daxildir. Bu şəxslərin hər biri şirkətin fəaliyyəti haqqında ümumi anlaşılan məlumatlar sistemində maraqlıdırlar.

Ölkənin inkişaf etdirməli olduğu əsas istiqamətlərdən biri kapital bazarıdır. Şirkətlər maliyyələşdirməni yalnız şəxsi kapital, bank kreditləri və dövlət fondlarından güzəştli vəsaitlərin cəlbi ilə edirlər ki, bu da orta və iri şirkətlərin formalaşması üçün yetərli deyil. Dünya təcrübəsinə nəzər salsaq, şirkətlərin maliyyə resurslarının cəlbində kapital bazarları və vençur kapital əsas rol oynayır. Yeni yaranan müəssisələr startaplar kimi vençur kapital cəlb etməyə çalışır. Biznes modeli uğurlu olan və vençur kapitalının cəlbində müvəffəqiyyət əldə edən, böyüməyi hədəfləyən şirkətlər müəyyən müddətdən sonra ya daha iri müəssisələrlə birləşir, ya da birbaşa kapital bazarlarına çıxış əldə etmək üçün səhmdar cəmiyyətlərə çevrilirlər. Qeyd olunan inkişaf variantlarının hansının seçilməsindən asılı olmayaraq müəssisənin ümumi qəbul edilmiş beynəlxalq standartlara əsaslanan hesabat və uçot sistemi olmalı, korporativ idarəetmə elementləri təşəkkül tapmalıdır. Uçotun və hesabatlılığın beynəlxalq standartlar əsasında qurulması təkcə qeyd etdiyimiz məsələlərə görə deyil, həm də birbaşa şirkətin daha yaxşı idarə edilməsi üçün vacibdir. Həm sahibkar, həm də idarəetmə ilə məşğul olan menecer şirkətin bugünkü vəziyyətini bilmək üçün məlumata sahib olmalıdır. Nə proqnozlaşdırma, nə ssenari təhlili, nə böhran menecmenti, nə müxtəlif idarəetmə qərarlarının seçilməsi təkmil informasiya olmadan mümkün deyil. Sürətlə dəyişən, gözlənilməzliklərlə dolu olan müasir biznes mühitində qərarların qəbulu çevik olmalıdır. Çevik qərar qəbulu isə şirkətin, vaxtında qurduğu uşot-hesabat sisteminin mövcudluğu ilə mümkün ola bilər.

Orta və uzunmüddətli inkişaf strategiyası olan, şirkətini böyütməyi planlaşdıran hər bir idarəedici üçün təkmil informasiyanın əhəmiyyəti danılmazdır. Müasir dövrdə bunun yaradılmasının ümumi qəbul edilmiş qaydaları və standartları mövcuddur. Beynəlxalq Maliyyə Hesabatı Standartları həm qlobal miqyasda qəbul edilmiş qaydalardır, həm də mühasibat sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsidir. Şirkətin standartlara uyğun hazırlanmış maliyyə hesabatları onun vizit kartıdır.

Şirkət idarəetməsində şəffaflıq, informasiyanın əlçatanlığı ona inam və etibarı artırır. Şirkət rəhbərliyi buna təkmil informasiya və hesabatlılıqla nail ola bilər. Bu isə həmin şirkətin gələcəkdə böyüməsinə zəruri olan kapitalı cəlb etməsinə imkan verəcək. Müasir dünya şirkətlərinin təcübəsinin təhlili göstərir ki, şirkətlərin kapitalının 50 faizindən çoxu cəlb edilmiş kapitaldır. Borc kapitalı səhmdarlarla paralel olaraq şirkətin maliyyələşdirilməsində yaxından iştirak edir. Ölkəmizdə isə əksər şirkətlər birbaşa şəxsi kapital və mənfəətlə maliyyələşdirilir. Şəxsi kapitalın strukturunda isə fərdin tam sahibliyini müşahidə etmək olur. Etibar mühitinin olmaması şirkətin maliyyələşdirilməsində şəxsi kapitalın da paylaşılmamasına səbəb olur. Fərdə bağlı şirkətlər həm şirkətlərin böyüməsinin qarşısını alır, həm də ona olan etibarı aşağı salmaqla kənar maliyyələşmənin qarşısını alır. İnkişaf etmiş ölkələrdə olduğu kimi nəsildən-nəslə ötürülən şirkətlərin formalaşması üçün sahibkarlar indidən şirkətlərində institusional inkişafa diqqət yetirməli, BMHS-ə uyğun uçot və hesabatlılıq qurmalıdırlar. Bununla kapitalın strukturunu şaxələndirmək mümkün olacaqdır.

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/economy/11611.html

Mühasibat uçotu bölümünün son xəbərləri

2024-04-03 | İllik mühasiblər forumunun keçirilməsi üçün ilkin görüş baş tutub
2024-01-23 | Bakıda II Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək
2024-01-23 | Azərbaycanda orta sahibkarlar bu ildən elektron mühasibat uçotuna keçməli olacaq
2024-01-23 | Azərbaycanda “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlar dəyişib
2022-12-09 | Müəssisələr vergi hesabatları ilə yanaşı, mühasibat uçotunun da hesabatlarını təqdim etməlidirlər
2021-02-04 | Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları təsdiqlənib
2021-02-03 | Peşəkar Mühasib Sertifikasiyası imtahanı ilə bağlı sual-cavab MÖVZUSUNDA VEBİNAR
2021-01-29 | Uçot və hesabatlılıq sistemi Beynəlxalq Maliyyə Hesabatı Standartlarına əsasən qurulmalıdır
2021-01-08 | Mühasibat uçotu haqqında qanunda dəyişiklik edildi
2020-07-07 | TTA STANDARTI: VERGİ MƏCƏLLƏSİ İLƏ IFRS-İN QARŞILAŞDIRILMASI MÖVZUSUNDA VEBİNAR

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!