Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları 2021-ci ildən necə hesablanacaq?

2021-02-04 | Vergilər | 4554

8 may 2020-ci il tarixli "Sosial sığorta haqqında" AR Qanununda dəyişiklik edilməsi barədə" AR Qanununa 2.1 bəndinə əsasən 1 yanvar 2021-ci il tarixindən fərdi sahibkarların məcburi dövlət sosial sığorta ödənişlərinin məbləği aşağıdakı dərəcələrlə hesablanacaq:

Sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:

Bakı şəhərində 100 faizi;

Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;

digər şəhərlərdə 80 faizi;

rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;

kənd yerlərində 50 faizi miqdarında güzəşt tətbiq edilir.

Ölkə üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablanması cədvəli:

01.01.2021 tarixindən - 01.01.2026 tarixinə kimi

Tikinti və ticarət sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (2019-cu il sentyabrın 1-dən 250 manat) 50 faizi miqdarının:

Bakı şəhərində 100 faizi - 125 manat;

Sumqayıt və Gəncə şəhərlərində 90 faizi - 112.50 manat;

digər şəhərlərdə 80 faizi - 100 manat;

rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi - 75 manat;

kənd yerlərində 50 faizi 62.50 manat.

miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (2019-cu il sentyabrın 1-dən 250 manat) 25 faizi miqdarının:

Bakı şəhərində 100 faizi - 62.50 manat;

Sumqayıt və Gəncə şəhərlərində 90 faizi - 56.25 manat;

digər şəhərlərdə 80 faizi - 50 manat;

rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi - 37.50 manat;

kənd yerlərində 50 faizi 31.25 manat.

miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər

Mənbə:

Vergilər bölümünün son xəbərləri

2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!