Vergi ödəyicisi gəlirlərinin və xərclərinin dəqiq uçotunu gecikdirməməlidir

2021-10-01 | Vergilər | 757

Hüquqi şəxs vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələr əsasında ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicisi, eyni zamanda, vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa borcludur.

Sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən çəkilmiş xərclər isə ilkin uçot sənədləri əldə edilməklə rəsmiləşdirilməlidir. Vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsi ilə bağlı xərclər ilkin uçot sənədləri ilə rəsmiləşdirildiyi halda gəlirdən çıxılır. Həmçinin vergi ödəyicisi tərəfindən ödəniş həyata keçirilərkən ödənişin təyinatı göstərilməlidir.

Qeyd olunanlara əsasən, hüquqi şəxs tərəfindən marketinqlə əlaqədar olaraq, ödədiyi xərclər gəlirin əldə olunması ilə bağlı olduqda və rəsmiləşdirildikdə gəlirdən çıxıla bilər.

Mənbə: https://vergiler.az/news/taxes/14907.html

Vergilər bölümünün son xəbərləri

2022-01-12 | 1 yanvar 2022-ci il tarixdən etibarən...
2021-12-28 | Tələb olunan məlumatların təqdim edilməməsinə görə məsuliyyət tədbirləri nəzərdə tutulur
2021-12-28 | Xərc normaları barədə məlumatlar vergi orqanlarına təqdim ediləcək
2021-12-18 | Minimum əməkhaqqı 300 manata çatdırılıb, vahid tarif cədvəli üzrə işləyənlərin əməkhaqqı artırılıb
2021-12-13 | Parlament Vergi Məcəlləsinə dəyişikliklər layihəsinə düzəliş edəcək
2021-12-07 | Riskli vergi ödəyiciləri ilə bağlı məlumatların əldə olunması asanlaşıb
2021-12-02 | Mikro və kiçik sahibkarların məhsullarının ölkədə satışına dəstək göstəriləcək
2021-11-30 | Vergi orqanında uçotda olmayan vətəndaşlara bildirişlərin gəlməsi nə ilə bağlıdır?
2021-11-23 | Ekoloji baxımdan təmiz nəqliyyat vasitələrinin idxal və satışına vergi güzəştləri təklif edilir
2021-11-22 | Fiziki şəxslər tərəfindən əmlak təqdim edilməsi zamanı sadələşdirilmiş verginin tətbiqi ilə bağlı məsələlər

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!