Kitabların və bütün dərsliklərin idxalı və satışı ƏDV-dən azad edilir

2021-11-03 | Vergilər | 307

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən kitab və kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunmasına dair Milli Məclisə daxil olmuş Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı bu gün parlamentdə ictimai müzakirə təşkil olunub.

APA-nın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşəbbüsü ilə keçirilən müzakirələrdə Milli Məclisin deputatları, Azərbaycan nəşriyyat evlərinin, kitab satışı şəbəkələrinin, media qurumların nümayəndələri iştirak edir.

Qanun layihəsinə görə, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən KİV məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu KİV məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad olunur.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, qanun layihəsi Azərbaycan Prezidentinin bu sahəyə diqqətinin və qayğısının növbəti bariz nümunəsidir. Bu sahədə ƏDV-nin ləğv edilməsi kitab və digər çap məhsullarının, dərsliklərin qiymətinin aşağı düşməsinə səbəb olacaq, ölkədə çap sənayesinin inkişafını təşfiq edərək yeni iş yerlərinin və sahibkarlığın inkişafına təkan verəcək. Çıxış edənlər dövlət başçısının bu təşəbbüsünü alqışlayıblar.

Müzakirədə həmçinin oxucularda kitaba marağın artırılması, çap məhsullarının keyfiyyətinin artırılması və kitabın populyarlaşması üçün atılacaq addımlar müzakirə edilib.

Qeyd edək ki, qüvvədə olan Vergi Məcəlləsinə əsasən, hazırda ümumtəhsil müəssisələri, habelə peşə təhsili müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti ƏDV-dən azaddır.

Mənbə: https://apa.az/az/xeber/maliyye/kitablarin-ve-butun-dersliklerin-idxali-ve-satisi-edv-den-azad-edilir-668662

Vergilər bölümünün son xəbərləri

2021-12-02 | Mikro və kiçik sahibkarların məhsullarının ölkədə satışına dəstək göstəriləcək
2021-11-30 | Vergi orqanında uçotda olmayan vətəndaşlara bildirişlərin gəlməsi nə ilə bağlıdır?
2021-11-23 | Ekoloji baxımdan təmiz nəqliyyat vasitələrinin idxal və satışına vergi güzəştləri təklif edilir
2021-11-22 | Fiziki şəxslər tərəfindən əmlak təqdim edilməsi zamanı sadələşdirilmiş verginin tətbiqi ilə bağlı məsələlər
2021-11-19 | Kitab, dərslik və kağızın idxal və satışına vergi güzəştləri təklif edilir
2021-11-17 | Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi
2021-11-16 | Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi
2021-11-05 | Dövlət Vergi Xidməti transfer qiymətlərinin tətbiqi məqsədilə yeni beynəlxalq məlumat bazasına qoşulub
2021-11-03 | Kitabların və bütün dərsliklərin idxalı və satışı ƏDV-dən azad edilir
2021-10-01 | Vergi ödəyicisi gəlirlərinin və xərclərinin dəqiq uçotunu gecikdirməməlidir

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!