Minimum əməkhaqqı 300 manata çatdırılıb, vahid tarif cədvəli üzrə işləyənlərin əməkhaqqı artırılıb

2021-12-18 | Vergilər | 2607

Ölkəmizdə vətəndaş rifahının təminatı istiqamətində islahatların növbəti mərhələsinə başlanılıb. Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamla minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılır. Sərəncam 2022-ci il yanvarın 1-dən tətbiq ediləcək.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri də bu Sərəncama uyğunlaşdırılacaq. Minimum əməkhaqqının artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə artımlara imkan verəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqları yanvar ayından artacaq.

Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir.

Bu artım son üç ildə sosial sahədə inqilabi xarakter alan, bütün istiqamətlər üzrə sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların davamıdır. Dövlət başçısının Sərəncamları ilə minimum əməkhaqqında mütəmadi artımlar davamlı xarakter alıb. Son üç ildə mühüm irəliləyiş olaraq ölkəmizdə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb.

Minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, əmək bazarındakı proseslərə müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, eyni zamanda əməyin leqallaşdırılmasını stimullaşdırır.

Gələn il minimum əmək haqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) da 43 faiz üstələyəcək. Digər tərəfdən, bu artım ölkəmizdə xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsinə imkan verəcək. Son üç ildə həmin nisbət 2018-ci ildəki 26,5 faizdən 2019-cu ildə 33,3 faizə, 2020-ci ildə 38 faizə yüksəlib, 2022-ci ildə isə təqribən 40-41 faiz səviyyəsinə yüksələcək.

Bununla da həmin nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində daha bir irəliləyişə nail olunur.

Mənbə: https://vergiler.az/news/social/16218.html

Vergilər bölümünün son xəbərləri

2022-05-14 | İdxalı və satışı ƏDV-dən azad edilən KIV məhsullarının və kitabların, habelə dərslik komplektlərinin siyahısı təsdiqləndi.
2022-05-08 | Növbəti illərdə nəzərə alınacaq amortizasiya məbləği
2022-04-23 | Qeyri-rezidentlərə ödənilən royaltidən vergilərin tutulması
2022-04-14 | Siqaretlərin aksiz dərəcəsi artırılıb, qəlyan üçün aksiz müəyyənləşdirilib
2022-04-13 | Vergi bəyannaməsi ilə bağlı yeni dəyişiklik sahibkarların işini asanlaşdırır
2022-02-28 | Bir sıra bəyannamə, onların əlavələrinin forma və tərtib olunma qaydaları təsdiq edilib
2022-02-28 | Sadələşdirilmiş vergi ödəyicisinin dividendə görə vergi öhdəliyi
2022-02-17 | Vergi bəyannamələrinin yeni formaları təsdiqlənib
2022-02-16 | Sabit qəbz almaqla fəaliyyət göstərən şəxslərin işlərə cəlb edilməsi
2022-01-12 | 1 yanvar 2022-ci il tarixdən etibarən...

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!