Vergilər 2016-cı ilin ən böyük yeniliyini açıqladı

2015-02-19 | Vergilər | 3396

Vergilər Nazirliyi 2016-cı ildə vergi sahəsində ən böyük yeniliyin bütün hesab fakturaların elektron şəkildə tətbiqinə keçid olacağını açıqlayıb.

"Marja"nın məlumatına görə, vergilər nazirinin 1-ci müavini Natiq Əmirov bildirib ki, hazırda bu istiqamətdə müvafiq işlər aparılır, amma hökumət hələ son qərarını verməyib:

"Gələn il üçün ən böyük dəyişiklik, bütün hesab-fakturaların (invoysların) elektron şəkildə tətbiqi olacaqdır. Biz hazırda bunun üzərində çalışırıq. Bilirsiniz ki, 2008-ci ildən əlavə dəyər vergisinin (ƏDV) hesab fakturaları elektron şəkildə Vergilər Nazirliyinin mərkəzi bazası vasitəsilə həyata keçirilir. 2016-cı ildən isə, biz bütün fakturaları, yəni mal alınıb satılan bütün fakturaların elektron şəkildə tətbiqinə nail olmaq istəyirik. Bu həm iqtisadi sahədə, həm də vergi orqanlarının fəaliyyəti sahəsində şəffaflığı təmin edəcək, həm də qarşılıqlı münasibətlərdə anlaşılmazlığın qarşısını alacaq. Ən böyük yenilik bu olacaqdır".

Mənbə: http://marja.az/financial/news/budget-taxes/item/190024-vergil%C9%99r-2016-c%C4%B1-ilin-%C9%99n-b%C3%B6y%C3%BCk-yeniliyini-a%C3%A7

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!