ƏDV cash-back gəlir vergisindən azad ediləcək

2023-11-03 | Vergilər | 3997

Azərbaycanda vətəndaşların “ƏDV geri al” (ƏDV keşbek) mexanizmi üzrə əldə etdiyi gəlirlərin vergidən azad edilməsi qanuniləşir.

Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında bildirib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir.

O qeyd edib ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, “ƏDV geri al” mexanizmi üzrə əldə edilən gəlirlər vergiyə cəlb edilməyəcək.

“Düzdür, 2023-cü və əvvəlki illərdə də bu gəlirlərə vergilər tətbiq olunmurdu, çünki dövlət bu sahədə təşviq siyasəti həyata keçirirdi. Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, həmin gəlirlərin vergidən azad olunması qanuniləşir və onun hüquqi bazası formalaşdırılır.

Bu da imkan verəcək ki, həmin gəlirlər növbəti ildən etibarən vergidən azad edilməsi Vergi Məcəlləsində öz əksini tapsın”, – deyə o əlavə edib.

Qeyd edək ki, ƏDV-nin geri qaytarılması layihəsi üzrə ticarət və ictimai iaşə obyektlərində, tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə ödənilmiş ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5%-i, nağd ödənişlər üzrə 5%-i, işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (hotellərdə) ödənilmiş ƏDV məbləğinin isə nağdsız ödənişlər üzrə 30%-i, nağd ödənişlər üzrə 5%-i geri qaytarılır.

Mənbə: https://banker.az/edv-cash-back-g%c9%99lir-vergisind%c9%99n-azad-edil%c9%99c%c9%99k/

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!